Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı "ilk beşlik"də

Bakı

Dünyanın ən böyük otel rezervasiya sistemlərindən olan "Booking.com" istifadəçilərin axtarış sorğularına əsasən, "Avro-2020"-nin ən populyar şəhərlərinin sıralamasını tədim edib.

Sportline.az xəbər verir ki, ilk 5-likdə paytaxt Bakı da yer alıb.  Paytaxtımız siyahının 4-cü pilləsində qərarlaşıb.  

Bakı bu nəticə ilə Sankt-Peterburq, Roma və Kopenhagendən geri qalsa da, final mərhələsinin görüşlərini qəbul edəcək London Amsterdam, Berlin və Bilbao kimi şəhərləri qabaqlayıb. "TOP-5"liyi  Dublin qapayıb.

Bundan əlavə "Avro-2020"nin qrup mərhələsinin ən çox maraq dairəsində olan oyunlarının siyahısı da açıqlanıb. Bakıda keçiriləcək Uels - İsveçrə qarşılaşması 2-ci olub. Sözügedən görüş 13 iyun Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu sıralamada isə birinci Kopenhagendə oynanılacaq Danimarka - Finlandiya görüşü olub. 

Qeyd edək ki, paytaxtımızda qrup mərhələsi çərçivəsində  iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matlçarı keçiriləcək. Eləcə də 1/4 finalın 1 oyunu da Bakıda olacaq (Report).

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

14 2020 10:56 - İDMAN
İDMAN
29 Fevral 2020 | 00:00
Qvardioladan yeni rekord
26 Fevral 2020 | 22:04
Vilmar Valdes cəzalandırılıb
26 Fevral 2020 | 12:10
Salah 69-cu qolunu vurdu

Köhnə versiyamızdan xəbərləri izlə