Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elxan Ələsgərov: Yerevan beynəlxalq hüquqa hörmət etməlidir

Elxan Ələsgərov: Yerevan beynəlxalq hüquqa hörmət etməlidir

Fevralın 11-də Ermənistan XİN Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) istinad edərək növbəti dəfə Azərbaycanın guya beynəlxalq öhdəlikləri pozması və Ermənistan vətəndaşı Manvel Saribekyanın ölümünə görə məsuliyyət daşıması ilə bağlı ittihamlarla çıxış edib.

Yerevanın növbəti yalanının detallarına varmadan, qeyd edim ki, M.Saribekyan Azərbaycan ərazisinə göndərilmiş təxribatçı idi və onun ölümündə Bakıdan daha çox Yerevan təqsirkardır. Aydındır ki, M.Saribekyanın ölümü Ermənistan hakimiyyətini heç də maraqlandırmır və Bakının ünvanına səsləndirilən ittihamların arxasında adi siyasi məqsədlər dayanır. Maraqlıdır ki, Ermənistan XİN-in bəyanatında M.Saribekyanın taleyi barədə heç nə deyilmir, sənədin əsas tezisi ondan ibarətdir ki, guya statusundan asılı olmayaraq Azərbaycan hakimiyyətinin nəzarətinə keçən hər bir erməninin həyatı təhlükə altındadır. Beləliklə, Ermənistan XİN AİHM-nin M.Saribekyanla bağlı qərar verməsi ilə “Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşaya bilməməsi” barədə yeni mif ortaya atır.

Qeyd etmək lazımdır ki, erməni ideoloqlar fərsiz strateqlərdir. Belə ki, AHİM-nin yurisdiksiyasını və M.Saribekyanla bağlı qərarın legitimliyini tanımaqla, Yerevan bu məhkəmənin digər qərarlarını, eləcə də BMT-nin dörd qətnaməsini tanımalıdır.

Birincisi, AİHM-nin daha əvvəl verdiyi “Çıraqov və digərlər Ermənistana qarşı” işi üzrə qərar bu günədək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş ən vacib qərarlardandır. Qərarın xüsusiyyəti ondadır ki, bu, münaqişə ilə bağlı törədilən cinayətlərdə Ermənistanın təqsirkar hesab olunduğu ilk məhkəmə sənədidir. Dünyanın ən nüfuzlu məhkəmə orqanı olan AİHM Dağlıq Qarabağla bağlı qərar verdi və bu qərarda Azərbaycan ərazilərinin işğal faktı, Ermənistanın isə işğalçı ölkə olması təsdiqləndi.

İkincisi, AİHM-nin “Doğu Perinçek İsveçrəyə qarşı” işi ilə bağlı 2013-cü il 17 dekabr tarixli hökmünə əsasən Ermənistan qondarma “erməni soyqırımı” ilə bağlı birtərəfəli mülahizə tələblərindən imtina etməlidir. Avropa Məhkəməsi qərar verib ki, hüquqi müstəvidə təsdiq olunmuş Holokostdan fərqli olaraq “erməni soyqırımı” ilə bağlı iddialar tarixi səciyyə daşımır və tərəflərdən birinin uydurmasıdır. Ermənistanın “Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə verilən qərarı, eləcə də yüz minlərlə azərbaycanlı məcburi köçkünün hüquqlarının təmin olunması ilə əlaqədar qərarı icra etmək niyyətinin olmaması Yerevan tərəfindən beynəlxalq hüququn qəbul edilməməsinin bariz nümunəsidir.

Rəsmi Yerevan M.Saribekyan barədə pafoslu açıqlamalar verərkən AİHM-nin digər qərarlarını da qəbul etməlidir.

                                                                      

                                                               Elxan Ələsgərov,

                                                                   Baku Network

                                              Ekspert Şurasının direktoru

                                                                   Fəlsəfə doktoru

 

14 2020 09:59 -

Köhnə versiyamızdan xəbərləri izlə