Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
Sizin sədri olduğunuz hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində layiqli qələbə qazanaraq respublikanın qanunvericilik orqanında yerlərin çoxunu əldə etməsi münasibətilə Moldova Respublikasının parlamenti adından və şəxsən öz adımdan səmimi təbrikləri qəbul edin. 
Ölkələrimiz arasındakı dostluq münasibətlərini məmnunluq hissi ilə vurğulamaq istəyirəm. Ümidvaram ki, Azərbaycan Respublikasının yeni parlamenti Moldova Respublikasının parlamenti ilə birgə və səmərəli fəaliyyəti davam etdirəcək. 
Əminəm ki, ikitərəfli əlaqələrin bütün kompleksinin daha da inkişaf etdirilməsi, habelə müxtəlif sahələrdə konstruktiv dialoqun və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi xalqlarımızın əsas mənafelərinə cavab verəcək. 
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram. Sizə yüksək ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm. 
Hörmətlə, 

 

Zinaida Qreçanı
Moldova Respublikası Parlamentinin Sədri

13 2020 21:42 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə