Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mehriban Əliyeva yunan-Roma güləşi üzrə milli komandamızın üzvlərini təbrik edib

Mehriban Əliyeva yunan-Roma güləşi üzrə milli komandamızın üzvlərini təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti ­Mehriban Əliyeva İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında 2 qızıl və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə milli komandamızın üzvlərini rəsmi “Instagram” səhifəsində təbrik edib.

Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir: “İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram”.

 

AZƏRTAC

 

13 2020 21:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə