Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1509-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 aprel tarixli 608 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 499; 2002, № 1, maddə 14; 2003, № 10, maddə 571; 2006, № 9, maddə 743; 2009, № 4, maddə 226, № 12, maddə 984; 2012, № 7, maddə 680; 2014, № 6, maddə 651; 2019, № 3, maddə 440) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci bənddə “35.2-ci maddəsində (birinci halda)” sözləri “35.2-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilsin.
2. 2.2-ci bənddə “(ikinci halda)” sözləri “(üçüncü halda)” sözləri ilə əvəz edilsin.
3. Aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
 “2.2-1. həmin Qanunun 35.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.”.

 

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2020-ci il

13 2020 21:41 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə