Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeron Suvarma Sistemləri İdarəsi Açıq Tender Elan Edir

Abşeron Suvarma Sistemləri İdarəsi Açıq Tender Elan Edir

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək olar. 
Əlaqələndirici şəxs- Heydər Ələsgərov.
Ünvan- Abşeron rayonu, Goradil kəndi.
E-mail-abş[email protected]
Telefon- (012)340 62 06
Tender 3 (üç) lot üzrə keçiriləcəkdir.
Lot - 1. Nasos stansiyası binalarının və təzyiqli boru xətlərinin əsaslı təmiri üçün mal-materialların satın alınması.
Lot - 2. Hidrotexniki qurğuların ,mexaniki və elektrik avadanlıqlarının, təzyiqli boru xətlərinin cari təmiri üçün mal- materialların satın alınması.
Lot - 3.Avtomaşın və mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması.
İştirak haqqı hər lot üçün 150 manatdır.
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat - Abşeron Suvarma Sistemləri İdarəsi
Bank rekvizitləri-
VÖEN - 3100098061
H/h –AZ61CTRE
0000000000002356802
Təsnifat kodu-142319.
Fond-7
 Abşeron rayonu üzrə Maliyyə İdarəsi, DXA
 Kod - 210005
VÖEN - 1401555071
M/h – AZ41NABZ
01360100000000003944
SWİFT BİK CTREAZ22
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır);
- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.
 Bu sənədlərə aşağıdakılar daxildir:
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;
- Dövlət Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri lot-1 üzrə 3 mart 2020-ci il saat 16.00-a, lot-2 və lot-3 üzrə isə 5 mart 2020-ci il saat 16.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini lot-1 üzrə 11 mart 2020-ci il saat 16.00-a, lot-2 üzrə 13 mart 2020-ci il saat16-00-a, lot-3 üzrə isə 16 mart 2020-ci il saat 16.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifi zərfləri lot-1üzrə 12 mart 2020-ci il saat 16.00-da ,lot-2 üzrə 16 mart 2020-ci il saat 16.00-da, lot-3 üzrə isə 17 mart 2020-ci il saat 16.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

14 2020 01:24 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə