Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvarda Gömrük Komitəsi büdcəyə 333,7 milyon manat köçürüb

Bu ilin yanvarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 333 milyon 701 min manat olub.

Komitədən bildirilib ki, ötən ay gömrük rüsumları üzrə büdcəyə daxilolmalar 84 milyon 361 min manat, əlavə dəyər vergisi üzrə 235 milyon 905 min manat, aksizlər üzrə 9 milyon 679 min manat, yol vergisi üzrə isə 3 milyon 755 min manat təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvarında komitənin dövlət büdcəsinə daxilolmaları 329 milyon 645 min manat olub.

V.BAYRAMOV,
“Xalq qəzeti”

13 2020 16:46 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə