Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxda gənclər Albert Kamyunu, Nobel mükafatı laureatı Knut Hamsunu oxuyurlar...

Qazaxda gənclər Albert Kamyunu, Nobel mükafatı laureatı Knut Hamsunu oxuyurlar...

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində fəaliyyət göstərən "Kitab klubu"nun üzvləri növbəti dəfə bir yerə toplaşıblar. Bu dəfəki görüşdə gənclər Albert Kamyunun "Yad" əsərini müzakirə ediblər.

“Göyəzən.az” saytının bu maraqlı xəbərində qeyd edilir ki, 1942-ci ildə nəşr olunmuş "Yad" əsərinin mövzusu çox sadədir. Burada hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir ərəbi öldürən orta təbəqədən olan fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda, əsərin qəhrəmanının adını belə öyrənə bilmirik. Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Buradakı yadlaşma isə Kamyunun məşhur "absurd” fəlsəfəsindən doğur.

Kitabsevərlər növbəti görüşdə ədəbiyyat üzrə Nobel mükafatı laureatı, norveçli yazıçı Knut Hamsunun "Aclıq" romanını müzakirə etməyi planlaşdırıblar.

Qeyd edək ki, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi son vaxtlar çox maraqlı, başlıcası isə faydalı tədbirlər keçirir. Gənclərin bu Mərkəzə marağı nəzərəçarpacaq dərəcədə artıb. Rayon icra hakimiyyəti Mərkəzin məhsuldar işləməsi üçün hər cür köməklik göstərir.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

13 2020 15:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə