Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

WhatsApp istifadəçilərinin sayı 2 milyarda çatıb

WhatsApp istifadəçilərinin sayı 2 milyarda çatıb

WhatsApp tətbiqin istifadəçilərinin sayı 2 milyarda çatıb. Bu barədə messencerin öz veb saytında rəsmi bloqda yayımlanan açıqlamada bildirilib.

Açıqlamada qeyd edilib: “Bu gün dünyada 2 milyard insanın WhatsApp-dan istifadə etməsi xəbərini sizinlə bölüşməkdən məmnunuq”. WhatsApp rəhbərliyi messencerin ötürülən məlumatların qorunmasına böyük diqqət yetirdiyini və bunun üçün məlumatların şifrələməsindən istifadə etdiyini vurğulayıb.

“The Wall Street Journal”a verdiyi müsahibədə WhatsApp-ın baş direktoru Uill Ketkart şirkətin daim istifadəçilərə şifrləmə sistemlərindən istifadə edərək məlumat mübadiləsi imkanı təmin etmək üçün çalışdıqlarını vurğulayıb.

R.TAHİR,
“Xalq qəzeti”

13 2020 12:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə