Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naməlum çanlının sümükləri suallar doğurur

Şotlandiya sahillərində tufan nəticəsində sudan kənara atılmış naməlum canlının skeleti tapılıb.

Bu barədə  “Twitter”də paylaşılan fotoda təsvir olunan böyük bir skeletin qabaq hissəsində buynuza bənzər çıxıntılar görünür. İstifadəçilərin bir qismi skeletin balinaya, bəziləri orkaya, bir başqaları isə xırmançı köpəkbalığına aid olması barədə fikirlər irəli sürüblər. Bəziləri isə hətta məşhur Lox Ness gölünün monsterini yada salır, həmin canlının hansı yollasa açıq dənizə keçib burada tələf olduğunu irəli sürürlər.

Hələlik bu sümükləri alimlər tədqiq etməyiblər.

R.TAHİR,
“Xalq qəzeti”

13 Fevral 2020 12:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə