Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Kitab ən gözəl hədiyyədir” adlı yeni aksiyaya start verilib

 “Kitab ən gözəl hədiyyədir” adlı yeni aksiyaya start verilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Mənəvi Dəyərlərin Təbliği Fondu, YAP Könüllüləri və “Azərkitab” Kitab Mərkəzi “Kitab ən gözəl hədiyyədir” adlı yeni aksiyaya start verib.

Aksiya çərçivəsində ölkəmizdə toplanan kitablar (əsasən bədii ədəbiyyat, mədəniyyət, incəsənət və dəyərlərlə bağlı) Gürcüstanda yaşayan soydaşlarımız arasında təmənnasız paylanacaqdır. “Kitab ən gözəl hədiyyədir” aksiyasına qoşulmaq istəyənlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin bədii əsərlərini, eləcə mədəniyyət, incəsənət və dəyərlərlə bağlı kitabları . “Azərkitab” Kitab Mərkəzi təqdim edə bilərlər.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu təşəbbüsü təqdir etdiyini söyləyərək aksiya təşkilatçılarına təşəkkürünü bildirdi:

-Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan belə bir xoşməramlı aksiyanın təşkili son dərəcə vacibdir. Bu aksiya kitabla bağlıdırsa, ümummilli liderin anadan olmasının 97-ci ildönümü münasibətilədirsə, həm də Gürcüstandakı soydaşlarımıza paylanmaq kimi nəcib təşəbbüsə əsaslanırsa, məsələ xüsusilə təqdir edilməlidir. Mənəvi Dəyərlərin Təbliği Fonduna, YAP könüllülərinə təşəkkürümü bildirirəm.

Gürcüstanda yaşayan soydaşlarımızın belə bir qayğıya ehtiyacları var.  İnanıram ki, belə aksiyalar həmin ehtiyacı ödəmək baxımdan faydalı olacaqdır. Daha yaxşı olardı ki, bu, ənənəyə çevrilsin. İnanıram ki, təşkilatçılar mövcud zərurəti gələcəkdə nəzərə alıb aksiyanı davamlı etmək barədə düşünəcəklər.

R.TAHİR,
“Xalq qəzeti”

13 2020 12:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə