Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistanın keçmiş Xarici İşlər Katibi Şri Kanval Sibal tərəfindən "Hindistanın Vətəndaşlıq Dəyişiklik Aktının izahı"

Qonşu 3 İslam ölkə olan Pakistan, Banqladeş və Əfqanıstandan illərlə Hindistana qanunsuz miqrasiya edən Hind, Six, Cain, Buddist və Xristian dinlərinə mənsub şəxslərin Hindistan vətəndaşlığını  nisbətən sürətli formada əldə etməsi üçün, Hindistan 2019-cu ilin dekabr ayında 1955-ci il  Vətəndaşlıq Aktına düzəliş etdi. Müsəlmanların düzəlişdən çıxarılması Konstitusiyaya zidd olduğu, Hindistanın dünyəviliyini zəiflətdiyi və demokratiyasını sarsıtdığı üçün Hindistan müxalifəti, vətəndaş cəmiyyətinin qurumları, solçu tələbə qruplar və digərləri tərəfindən tənqid edildi.

Keçən ilin may ayında Bharatiya Canata Partiyası Hindistanın ümumi seçkilərində böyük səs çoxluğu qazanaraq, 2014-ci il seçkilərindəki qələbəsini daha da möhkəmləndirdi. 1955-ci il Vətəndaşlıq Aktına dəyişiklik edilməsinə dair fikir partiyanın həmişə gündəliyində olub. Əvvəlki müddətdə Bharatiya Canata Partiyası hökuməti düzəliş fikrini irəli sürmüşdi,  lakin partiya Hindistan Parlamentinin Yuxarı Palatasında çoxluq təşkil etmədiyi üçün bu qəbul edilmədi, beləliklə  yeni qanunvericilik təxirə salındı. Bu dəfə də həmçinin partiya Yuxarı Palatada çoxluq təşkil etmirdi, lakin yeni qanunvericilik müxalifətin bir hissəsinin dəstəyi ilə əldə edildi. Parlamentin hər iki palatasında müxalifətin qaldırdığı bütün məsələlərin, o cümlədən düzəlişin dünyəviliyin əleyhinə olması fikrinin hökümət tərəfindən cavablandırıldığı gərgin müzakirələrdən sonra Vətəndaşlıq Dəyişikliyi Aktı (CAA) qəbul olundu. Yeni qanunvericilik açıq, şəffaf və tam demokratik bir proseslə qəbul olundu. Buna baxmayaraq, qanunvericiliyin konstitusiyaya uyğunluğu əleyhdarlar tərəfindən sorğulanır. Ancaq bu məsələ Hindistan Ali Məhkəməsi tərəfindən həll ediləcəkdir. Bu, Hindistan demokratiyasının möhkəm fəaliyyəti ilə uzlaşır.

Vətəndaşlıq Dəyişiklik Aktının həyata keçirilməsi zəruri idi, çünki əvvəlcədən düzəliş edilmiş vətəndaşlıq qanuna əsasən onilliklər ərzində Hindistana gəlmiş və ölkədə məskunlaşmış hindular, sixlər, buddistlər, cainlər və xristian azlıqlar Hindistan vətəndaşlığını əldə edə bilmirdilər. Beləliklə, onlar Hindistan vətəndaşlığının bir çox üstünlüklərindən məhrum olmuşdular və təhlükəli həyat sürməyə məcbur olmuşdular. Bu azlıqlar təqib, ayrıseçkilik, fiziki zəiflik, əqidənin məcburi dəyişdirilməsi  qorxusu  və bu kimi səbəblərə görə Hindistana gəlmişdilər.  1947-ci ildə Pakistanda hindular və sixlər olan azlıqlar əhalinin təxminən 23% -ni təşkil edirdi; bu gün onlar əhalinin təxminən 5%, hindular isə təxminən 1.65% təşkil edir. 1971-ci ildə, Banqladeşdə  Hindular əhalinin 19% -ni, 2016-cı ildə isə sadəcə olaraq 8% -ni təşkil edirdi.  Bütün bunlar azlıqların əksəriyyəti müsəlmanların təşkil etdiyi qonşu ölkələri geniş miqyasda  tərk etməsinə dəlalət edən rəqəmlərdir. Bu Hindistanda 1947-ci ildə 92 milyon müsəlman, bu gün isə təqribən 200 milyona yaxın müsəlman olduğu faktı ilə  müqayisə edilməlidir. Bununla yanaşı, müsəlmanlar ölkədə bütün sahələrdə ən yüksək mövqeləri tuturlar, Hindistan konstitusiyası bütün azlıqların və müsəlmanların hüquqlarını qoruyur, digər azlıqlar ilə birlikdə  onlara dini və təhsil müəssisələrinin idarə edilməsində xüsusi hüquqlar verilir.

İndi bu qeyri-müsəlman azlıqlar, ilk növbədə hindular və sixlər, tarixi evlərinin Hindistan olduğunu nəzərə alsaq, yalnız Hindistana köç edə bilərdilər. Heç bir müsəlman ölkəsi onları qəbul etməz və ya vətəndaşlıq verməzdi. Lakin sonralar, Hindistana onilliklər boyu qeyri-qanuni yolla daxil olan müsəlmanlar Banqladeşdən olublar. Bunu dini təqib ayrıseçkiliyi, fiziki etibarsızlıq və ya dönüş təhdidi üzündən etmirdilər. Siyasi səbəblərə görə keçmiş dövrdəki Banqladeş rejimləri tərəfindən təşviq edilən daha yaxşı iqtisadi imkanlar üçün bu ölkəyə gəlirdilər. Qeyri-qanuni miqrant olduqları müəyyən edildikdən sonra ölkələrinə qayıtma ehtimalı olduğu üçün onların vəziyyətləri fərqli idi. Hindistan hökuməti Hindistanda təxminən 20 milyon qeyri-qanuni Banqladeş miqrantlarının olduğunu təxmin edir. Lakin onların dəqiq sayı yalnız vətəndaşlıq siyahısı qurulandan sonra müəyyən edilə bilər.

Ehtimal varki, Hindistan, öz vətəndaşlarını qanuni olaraq müəyyənləşdirən bir sistemə sahib olmamadığına görə fərqlənir. Vətəndaşlıq qeydiyyatı yoxdur, milli şəxsiyyət vəsiqəsi sistemi mövcud deyil. Bu, qonşularından biri (Nepal) ilə uzun bir açıq sərhədi (1758 kilometr), digəri (Banqladeş) ilə daha uzun məsafəli bir sərhədi (4096 kilometr) və başqa [lkələr  ilə həmsərhəd olan (Çin və Pakistan - müvafiq olaraq 4056 kilometr və 3323 kilometr) bir neçə min kilometr uzunluğunda mübahisəli və ya demarkasiya edilməmiş bir ölkə üçün bir qeyri-adi bir haldır.

Hökümət, VDA- nın (Vətəndaşlığın Dəyişdirilməsi Aktı) alternativ variantları olmayan müəyyən bir qrup şəxslərə birdəfəlik vətəndaşlıq verilməsi və vətəndaşlığın geri  götürməməsi mövzusunda dəfələrlə (Müsəlman Hindlilərdən daha az) açıqlama verdi. VDA-nın 31 dekabr 2014-cü il tarixi kəsiyində, bundan sonra heç bir qanunsuz mühacir, Hindu, Sıx, Buddist,Cain, Xristian və ya Müsəlman, VDA  əsasən vətəndaşlıq ala bilmədizdi. Bu heçdə VDA-nın anti-müsəlman olduğunun göstəricisi deyil.

Hindistandakı müxalif ünsürlər, Baş nazir Modi rəhbərliyindəki hökuməti müdafiə etdiyinə görə problemə sahib olduqlarını və buna görə də müxalifət tərəfindən VDA-na dair qəbul edilən qətnamələrin Hindistan dövlətinin tətbiq etməməsi barədə qərar verdiklərini düşünürlər.

Kənar müşahidəçilər Hindistan kimi demokrasiyaya malik ölkənin daxili siyasətinin dinamikasını daha yaxşı başa düşməlidirlər.Lakin qaçqınların məsələləri, miqrasiya, hər yerdə azlıqların hədəf alınmasına dair məsələlər, millətçiliyin artması beynəlxalq rezonans doğurduğundan, ənənəvi olaraq içərilərinə daxil olan Hindistan əleyhinə lobbiləri olan liberal dairələri, siyasi və KİV-ləri diqqət mərkəzinə düşdülər. Hindistandakı mübahisələri və mövzuları səmimiyyətlə başa düşməyə çalışmayan hökumətə qarşı zərərli bir kampaniya başlandı. Hadisələrin gedişatında onlar Hindistan demokrasiyasına olan hörmətsizliklərini ifadə etdirlər. Müxalifətin xeyrinə Hindistanın daxili siyasətinə açıq şəkildə müdaxilə etdirlər. Bu dairələr digər ölkələrin suverenliyinə hörmət etməyi öyrənməlidirlər .Onlar digər ölkələrin daxili siyasətinə qarışırlar, lakin özlərinin daxili siyasətinə kimlərinsə qarışmaqlarına etiraz edirlər və hətta cazalandırırlar.

Onlar unudublarki, Baş Nazir Modi bəşər tarixində seçkilərdə 830 milyon seçicilərin arasında 550 milyon səsdən çox səs toplayaraq demokratik yolla Hindistanın lideri seçilmişdi.

Hindistanın Azərbaycandakı səfirliyi

13 2020 11:15 -

Köhnə versiyamızdan xəbərləri izlə