Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Politoloq: Azərbaycanın yeni parlamentariləri öz seçicilərinə daha yaxın olmalıdır

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib ki,  Azərbaycan parlamentin yenidən formalaşması dövlət idarəçiliyinin müasir tələblərinə cavab verir.

Politoloq qeyd edib ki, Azərbaycanın yeni parlamenti öz funksiyalarına daha ciddi yanaşmalıdır: “Biz bilirik ki, son dövrlərdə ölkədə idarəetmə sistemi modernləşdirilir və islahatlar bundan sonra da davam edəcək. Bu baxımdan yeni parlamentarilər öz seçicilərinə daha yaxın və loyal olmalıdır. Milli Məclisin üzvləri seçildiyi regionlara səfər etməli, sakinlərin vəziyyəti ilə tanış olmalı və bununla da regionun inkişafına xidmət etməlidir ”.

Politioloq qeyd edib ki, parlament seçkilərindən sonra Azərbaycan öz daxili və xarici kursunu davam etdirəcək. Azərbaycanın qarşısında duran əsas məqsəd işğal olunmuş torpaqları qaytarmaqdır: “Fikrimcə, 2020-ci il tərəflər arasında sülh danışıqları ili olacaq. Ermənistan beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamə və tələblərə əməl etməlidir. Bütün bu müddət ərzində Bakı sülhməramlı siyasətini nümayiş etdirib. Azərbaycan ATƏT-in beynəlxalq müşahidəçilərinə, BMT Təhlükəsizlik Şurasının üzvlərinə beynəlxalq hüququn tələblərinə əməl etməsi məqsədilə Ermənistana təsir göstərmələri üçün müraciət edib”.

13 2020 11:51 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə