Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Dillər Universiteti cari təmir işlərinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot -1. Cari təmir işlərinin satınalınması. 
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün 200 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, R.Behbudov küçəsi 134 nömrəli (əlaqələndirici şəxs: M.Nəsibovdan, telefon :012 440 09 13 ) ünvandan ala bilərlər .
VÖEN: 1400434561
H/h: AZ44AIIB38060019443307865102
Bank: “Kapital Bank” ASC-nin Mərkəz filialı
Kod: 200026
VÖEN: 9900003611
M/h: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T. AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə
və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29 oktyabr 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 6 noyabr 2018-ci il saat 17.00-a qədər Bakı şəhəri, R.Behbudov küçəsi134 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 7 noyabr 2018-ci il saat 12.00-da Bakı şəhəri, R.Behbudov küçəsi 134 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

25 2018 23:43 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 Sentyabr 2020 | 00:56
B İ L D İ R İ Ş
18 Sentyabr 2020 | 00:56
B İ L D İ R İ Ş
18 Sentyabr 2020 | 00:55
Elan
18 Sentyabr 2020 | 00:52
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə