Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Startda inamlı qələbələr

Azərbaycanın hər iki komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasına inamlı qələbə ilə başlamışdır.
Kişi qrosmeysterlərimiz Beynəlxalq Fiziki Qüsurlu Şahmatçılar Assosiasiyasının komandasına 3,5:0,5 hesabı ilə qalib gəlmişlər. Bu matçda Teymur Rəcəbov birinci taxtada heç-heçə oynamış, digər taxtalarda Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərli rəqiblərini məğlubiyyətə uğratmışlar.
Qadın şahmatçılarımız – Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva isə İordaniya komandası üzərində daha böyük üstünlüklə qələbə qazanmışlar – 4:0.
Dünən keçirilən ikinci turda Azərbaycanın kişilərdən ibarət komandası İtaliya yığması ilə görüşmüş, qadınlar isə belçikalı rəqiblərinə qarşı oynamışlar.
Hər iki matçda Azərbaycan ­komandaları qələbə qazanmışlar: kişilər 3:1, qadınlar 4:0 hesabı ilə.

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

 

25 2018 23:42 - İDMAN
İDMAN
19 Mart 2020 | 20:50
AVRO-2020 təxirə salındı
19 Mart 2020 | 20:47
Müqavilə ləğv edilib

Köhnə versiyamızdan xəbərləri izlə