Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FİFA qaliblərin adlarını açıqlayıb

FIFA-nın “The Best” mükafatının qaliblərinin adları açıqlanıb. Qurumun rəsmi saytının verdiyi xəbərdə bildirilir ki, tədbirin əvvəlində 2018-ci ilin ən yaxşı qolunun müəllifi müəyyənləşib. İngiltərənin “Liverpul” klubunun misirli futbolçusu Məhəmməd Salahın “Everton”la oyunda vurduğu qol ilin ən yaxşı qolu kimi qiymətləndirilib.
İlin ən yaxşı baş məşqçisi adına Fransa yığma komandasına rəhbərlik edən Didye Deşam layiq görülüb. Komandasını dünya çempionu etməyi bacaran mütəxəssis “Real Madrid”ə Çempionlar Liqasını qazandırmış Zinəddin Zidanı və Xorvatiya yığmasını dünya çempionatında finala çıxarmış Zlatko Daliçi üstələyib.
Ən yaxşı qapıçı nominasiyasında Belçika yığmasının və hazırda “Real Madrid”in qapısını qoruyan Tibo Kurtua qalib sayılıb. O, Fransa millisinin və İngiltərənin “Tottenhem” klubunun qapıçısı Uqo Lyoris, eləcə də “Lester”in və Danimarka yığmasının qolkiperi Kasper Şmeyheli üstələyib.
Qadınlardan ibarət komandalar arasında ən yaxşı baş məşqçi nominasiyasında isə Reynal Pedros fərqləndirilib. O, Fransa “Lion”una Çempionlar Liqasını qazandırıb. Pedros Yaponiya millisindəki həmkarı Asako Takakura və Almaniya yığmasına rəhbərlik edən Sarina Viqmandan üstün olub.
Ən yaxşı fanat nominasiyasında Peru azarkeşləri birinci yeri tutub.
“Fair Play” mükafatına Türkiyənin “Ərzurumspor BB” klubunun almaniyalı hücumçusu Lennart Tay layiq görülüb.
Rəmzi yığmanın tərkibi isə belə olub: David De Xea, Dani Alveş, Marselo, Serxio Ramos, Rafael Varan, Eden Azar, NQolo Kante, Luka Modriç, Kriştianu Ronaldu, Kilian Mbappe, Lionel Messi. Ronaldu və Messi mükafatlandırma mərasimində iştirak etməyib.
Ən yaxşı qadın futbolçu adına 6-cı dəfə braziliyalı Marta layiq görülüb. Hazırda ABŞ-ın “Orlando Prayd” klubunda çıxış edən 32 yaşlı hücumçu Ada Hegersberq (“Lion” Fransa, Norveç) və Cenifer Marojanı (“Lion” Fransa, Almaniya) üstələyib.
Nəhayət, ilin ən yaxşı futbolçusu açıqlanıb. FIFA prezidenti Canni İnfantino mükafatı “Real Madrid”in və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriçə təqdim edib. Modriç İngiltərə “Liverpul”unun misirli hücumçusu Məhəmməd Salah və hazırda İtaliyanın “Yuventus” klubunda çıxış edən portuqaliyalı Kriştianu Ronaldunu qabaqlayıb.

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

25 2018 23:40 - İDMAN
İDMAN
19 Mart 2020 | 20:50
AVRO-2020 təxirə salındı
19 Mart 2020 | 20:47
Müqavilə ləğv edilib

Köhnə versiyamızdan xəbərləri izlə