Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109 cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2020-ci il Gənclər üçün Prezident mükafatları verilsin:
Ağayev Ziya Səbuhi oğlu
Ağazadə Murad Firdovsi oğlu
Əsgərzadə Elmar Etibar oğlu
Hacıyeva Sərvinaz Faiq qızı
Hüseynli Məhərrəm Rüfət oğlu
İbrahimov Kənan Qabil oğlu
Kazımzadə Günay Tofiq qızı
Quliyeva Mətanət Elşən qızı
Məmmədov Faiq Rəşad oğlu
Rüstəmov Sabir Elşad oğlu.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2020-ci il

12 2020 00:43 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə