Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2009-cu il 8 yanvar tarixli 5 nömrəli, “Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2009-cu il 5 avqust tarixli 116 nömrəli, “Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 144 nömrəli,  “Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2009-cu il 26 oktyabr tarixli 169 nömrəli, “Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 25 yanvar tarixli 19 nömrəli və “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 6 noyabr tarixli 474 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Arıçılıq haqqında”, “Reklam haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1663-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 avqust tarixli 808 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara alır:
1. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 26; 2014, № 2, maddə 201, № 3, maddə 311; 2016, № 5, maddə 955; 2018, № 8, maddə 1817, № 11, maddə 2425) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədən “Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası”,”, “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması”,” “və sertifikatlaşdırma” sözləri çıxarılsın və həmin hissədə “ərzaq” sözü (birinci, üçüncü və dördüncü halda) “qida” sözü ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları”nın 2.1-ci bəndindən “və sertifikatlaşdırma” və 3-cü hissəsindən  “və sertifikatlaşma” sözləri çıxarılsın;
1.3. həmin Qərarla təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı” üzrə:
1.3.1. adında, 1-ci hissəsində, 2-ci hissəsinin adında, 2.1-ci, 3.1-ci və 3.2-ci bəndlərində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
1.3.2. 2.1-ci bəndin yeddinci abzasının dördüncü cümləsi çıxarılsın;
1.3.3. 2.2-ci bənd üzrə:
1.3.3.1. “7. Bitki zərərvericiləri və xəstəliklərinə qarşı istifadə olunan maddələr”in üçüncü abzası çıxarılsın;
1.3.3.2. “10. Ekoloji yolla istehsal olunmayan kənd təsərrüfatı mənşəli, istifadəsinə icazə verilən inqrediyentlər” cədvəlində “Qeyri-ekoloji ərzaq” (hər iki halda) sözləri “Qeyri-ekoloji qida” sözləri ilə əvəz edilsin;
1.4. həmin Qərarla təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları” üzrə:
1.4.1. adından və 1.1-ci bəndindən “və sertifikatlaşdırma” sözləri çıxarılsın;
1.4.2. 1.5-ci bəndin birinci cümləsində “qiymətləndirilməsi və onun müasir standartların tələblərinə uyğun gəlməsini müəyyənləşdirməkdir” sözləri “qiymətləndirməkdir” sözü ilə əvəz edilsin;
1.4.3. 1.7-ci bənd, 4-cü hissə və 5-ci hissənin dördüncü abzası ləğv edilsin;
1.4.4. 5-ci hissənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun istehsalın təşkili;”;
1.5. həmin Qərarla təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları” üzrə:
1.5.1. adında, 1.1-ci, 1.2-ci (hər üç halda) bəndlərində, 2-ci hissəsinin adında, 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərində  “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
1.5.2. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.3. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal olunmuş və ya məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı verilmiş ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları ekoloji təmiz məhsul kimi satışa çıxarıla bilər.”;
1.5.3. 2.4-cü bənd ləğv edilsin;
1.6. həmin Qərarla təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları” üzrə:
1.6.1. adında, 1.1-ci, 1.2-ci bəndlərində, 2-ci hissəsinin adında, 2.1-2.6-cı və 2.8-2.16-cı bəndlərində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
1.6.2. 2.1-ci bənddə “ekoloji təmiz məhsulların standartlarına” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;
1.6.3. 2.5-ci bənddə “sanitariya norma və qaydaları, gigi-yenik normativlər” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar” sözləri ilə əvəz edilsin;
1.6.4. 2.7-ci bəndin ikinci cümləsində “sanitariya norma və qaydaları, gigiyenik normativlərin və standartların” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;
1.6.5. 2.12-ci bənddən “və sertifikatlaşdırma” (hər iki halda) sözləri çıxarılsın;
1.6.6. 2.16-cı bənddə “beynəlxalq və Azərbaycan Respublikası səviyyəsində qəbul edilmiş standartlar, sanitariya norma və qaydalarının və gigiyenik normativlərin” sözləri “beynəlxalq standartların, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 669; 2010, № 6, maddə 566; 2015, № 2, maddə 227; 2019, № 5, maddə 971) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədə “uçotu” sözü “qeydiyyatı” sözü ilə əvəz edilsin və həmin hissədən “Arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə Qaydası və Forması”,” sözləri çıxarılsın; 
2.2. həmin Qərarla təsdiq edilmiş “Həvəskar və peşəkar arıçılıqla məşğul olma Qaydası” üzrə:
2.2.1. 2.5-ci və 3.5-ci bəndlər ləğv edilsin;
2.2.2. 3.3-cü bənddə “mövcud yerli standartlara” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;
2.2.3. 3.8-ci bənddə “arıçılığa dair normativ sənədlərin tələblərinə, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına” sözləri “Arıçılıq haqqında” Azərbaycan Respublikası  Qanununun 5.0.2-ci maddəsi ilə müəyyən edilmiş tələblərə” sözləri ilə əvəz edilsin;
2.3. həmin Qərarla təsdiq edilmiş “Arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə Qaydası və Forması” və ona əlavə ləğv edilsin;
2.4. həmin Qərarla təsdiq edilmiş “Bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması Qaydası”nın 2.1-ci bəndində “uçotu” sözü “qeydiyyatı” sözü ilə əvəz edilsin;
2.5. həmin Qərarla təsdiq edilmiş “Arıçılıq təsərrüfatlarının uçotu Qaydası”nın adında, 1-9-cu hissələrində ismin müvafiq hallarında “uçot” sözü ismin müvafiq hallarında “qeydiyyat” sözü ilə əvəz edilsin;
2.6. həmin Qərarla təsdiq edilmiş “Arı ailəsinin standart gücünün müəyyən edilməsi Qaydası”nın 2.1-ci, 2.4-cü bəndlərində və 2.5-ci bəndinin birinci cümləsində “uçotu” sözü “qeydiyyatı” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 144 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 748) ilə təsdiq edilmiş “Xarici ölkələrdə arıçılıqda istifadə olunmuş inventar və avadanlıqların Azərbaycan Respublikasının ərazisinə idxalının məhdudlaşdırılması halları və  Qaydası”nın 1.2-ci bəndində “bu işdə baytarlıq-sanitariya qaydalarına riayət olunması, standarta uyğun gəlməyən,” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 26 oktyabr tarixli 169 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 858) ilə təsdiq edilmiş “Əhalinin sağlamlığının qorunmasında və digər sahələrdə istifadə edilən arıçılıq məhsulları xammalı və onların əsasında hazırlanmış apifitoməhsulların istehsalı, dövriyyəsi və tətbiqi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.4-cü bənddə “müvafiq dövlət standartları və ya təsdiq edilmiş texniki şərtlər əsasında texnoloji təlimatlara” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;
4.2. 3.3-cü bənddə “Keyfiyyəti və təhlükəsizliyi müvafiq standartlara və tələblərə cavab verən, dövlət gigiyena qeydiyyatına alınmış,” sözləri “Minimum keyfiyyəti qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, qida təhlükəsizliyi qeydiyyatına alınan subyektlər tərəfindən istehsal edilən və ya qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı verilən,” sözləri ilə əvəz edilsin;
4.3. 3.4-cü bənddə “Dövlət gigiyena qeydiyyatından keçməyən, normativ-texniki sənədlərin tələblərinə” sözləri “Qida təhlükəsizliyi qeydiyyatına alınmayan subyektlər tərəfindən istehsal edilən və ya məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı verilməyən, minimum keyfiyyəti qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 yanvar tarixli 19 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 65; 2014, № 2, maddə 201, № 7, maddə 946; 2015, № 2, maddə 231) ilə təsdiq edilmiş “Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. aşağıdakı məzmunda 1.3-cü bənd əlavə edilsin:
“1.3. Arıçılıq məhsullarının minimum keyfiyyətinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməsinə dövlət nəzarətini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.”;
5.2. 2.1.2-ci yarımbənddə “müvafiq qanunvericiliyə, habelə arıçılığa dair normativ sənədlərin tələblərinə, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına” sözləri “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.2-ci maddəsi ilə müəyyən edilən tələblərə” sözləri ilə əvəz edilsin;
5.3. 2.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.3. minimum keyfiyyətinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməsinin təmin olunmasını;”;
5.4. 2.2.1-ci yarımbənd ləğv edilsin;
5.5. 4.5-ci bənddə “Standartlara və tələblərə” sözləri “Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin.
6. “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 noyabr tarixli 474 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2425; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 521 nömrəli Qərarı) 1-ci hissəsi ləğv edilsin.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 8 fevral 2020-ci il

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə