Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət   büdcəsinin   gəlirlərinə   təsirinin   qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 4.8.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının  Nazirlər Kabineti qərara alır:  
1. “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 8 fevral 2020-ci il

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 8 fevral

tarixli 38 nömrəli Qərarı ilə

təsdiq edilmdir.

 

 

Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların

reyestrinin aparılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda vergi və gömrük sahəsində qüvvədə olan və ya təklif edilən güzəştlərin və azadolmaların (bundan sonra – güzəşt) dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodolo-giyasını və həmin güzəşt və azadolmaların reyestrinin aparılması qaydasını müəyyən edir.

1.2. Vergi və gömrük sahəsində güzəştlərin dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Maliyyə Nazirliyi) tərəfindən həyata keçirilir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

1.4. Bu Qayda ilə aşağıdakılar müəyyən edilir:

1.4.1. güzəştlərin müəyyən edilməsi meyarları;

1.4.2. güzəştlər üzrə büdcə itkilərinin hesablanması metodologiyası;

1.4.3. güzəştlər üzrə büdcə gəlirlərinə təsirin qiymət-ləndirilməsi;

1.4.4. güzəştlərlə bağlı məlumatlara dair mərkəzləşdirilmiş reyestrin aparılması.

 

  1.  Güzəştlərin müəyyən edilməsi meyarları

 

2.1. Güzəştlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlar, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilir.

2.2. Güzəştlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilən vergilərin və gömrük rüsumlarının bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan qanunvericilik aktlarına və beynəlxalq müqavilələrə əsasən tam və ya qismən tətbiqi yolu ilə həyata keçirilir.

2.3. Bu Qaydanın məqsədləri üçün güzəştlər üzrə büdcə itkilərinin hesablanması və güzəştlərin dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq kateqoriyalar üzrə təsnifləşdirilir.

2.4. Qüvvədə olan güzəştlər üzrə büdcə itkiləri hesablanarkən və güzəştlərin dövlət büdcəsinin gəlirlərinə təsiri qiymətləndirilərkən, aşağıdakı məlumat mənbələrindən istifadə edilir:

2.4.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərə-findən təqdim edilən ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri;

2.4.2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin güzəşt tətbiq olunan vergi növü, neft və qeyri-neft sektoru, mülkiyyət növü  və vergi ödəyicilərinin bəyannamələri əsasında güzəşt verilən vergitutma bazası;

2.4.3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik məlumatları;

2.4.4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatlarına dair göstəriciləri (güzəşt verilmiş xarici ticarət fəaliyyətinin iştirakçıları, güzəşt verilmiş xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə gömrük dəyəri, gömrük ödənişləri);

2.4.5. Maliyyə Nazirliyinin dövlət gəlirlərinin proqnozlaşdırıl-ması üzrə hesablamaları;

2.4.6. büdcə təşkilatları, büdcədənkənar dövlət fondları və publik hüquqi şəxslərin məlumatları;

2.4.7. digər hüquqi və fiziki şəxslərdən alınan məlumatlar.

2.5. Büdcə təşkilatları, büdcədənkənar dövlət fondları və publik hüquqi şəxslər, habelə digər hüquqi və fiziki şəxslər tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq “Vergi və gömrük güzəştləri üzrə müraciət forması”na uyğun təklif olunan güzəştlər üzrə büdcə itkilərinin hesablanması və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulan məlumatlar əsasında aparılır.

2.6. Güzəştlər üzrə büdcə itkilərinin hesablanması və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi aşağıdakı müd-dətdə həyata keçirilir:

2.6.1. qüvvədə olan güzəştlər üzrə - hesabat ilindən sonrakı ilin iyun ayının 1-dək;

2.6.2. təklif olunan güzəştlər üzrə - gömrük rüsumları üzrə güzəştlərə münasibətdə təklifin təqdim edildiyi tarixdən bir ay ərzində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılır), vergi güzəştlərinə münasibətdə isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 2.8-ci maddəsinə uyğun olaraq növbəti ilin büdcə zərfi çərçivəsində.

 

  1.  Büdcə itkilərinin hesablanması metodologiyası

 

3.1. Büdcə itkiləri tədiyə növləri, iqtisadiyyatın sahələri və güzəştdən istifadə edən şəxslər nəzərə alınmaqla aşağıdakı kimi hesablanır:

3.1.1. Muzdlu işlə əlaqədar fiziki şəxslərin gəlir vergisi üzrə:

neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər üzrə:

əvvəlki il üzrə büdcə itkisi ( ) aşağıdakı düsturla hesablanır:

 

 

növbəti il və sonrakı üç il üzrə büdcə itkisi ( ) aşağıdakı düsturla hesablanır:

 

 

 

burada:

 - əvvəlki ildə 2500 manatadək vergidən azad olunan gəlirin məbləği;

 - əvvəlki ildə 2500 manatdan yuxarı vergidən azad olunan gəlirin məbləği;

 - gəlir 2500 manatadək olduqda, verginin dərəcəsi;

- gəlir 2500 manatdan yuxarı olduqda, verginin dərəcəsi;

Ə - proqnoz ili üçün əməkhaqqının artma (azalma) faizi;

 - növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzətlərlə bağlı nəzərdə tutulan dəyişikliklər.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər üzrə:

əvvəlki il üzrə büdcə itkisi ( ) aşağıdakı düsturla hesablanır:

 

 

 

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:

 

 

 

burada:

 - sektor üzrə 2500 manatadək əməkhaqqı fondu;

 - 2500 manatadək hissə üzrə verginin dərəcəsi;

 - sektor üzrə 2500 manatdan 8000 manatadək əməkhaqqı fondu;

 - 2500 manatdan 8000 manatadək hissə üzrə verginin dərəcəsi;

 - sektor üzrə 8000 manatdan yuxarı hissə üzrə əməkhaqqı fondu;

- 8000 manatdan yuxarı olan hissə üzrə tətbiq olunan dərəcə ilə güzəştli dərəcə arasındakı fərq;

Ə - proqnoz ili üçün əməkhaqqının artma (azalma) faizi;

 - növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzətlərlə bağlı nəzərdə tutulan dəyişikliklər.

3.1.2. Hüquqi şəxslərin mənfəət vergisi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gəlir vergisi üzrə:

əvvəlki il üzrə büdcə itkisi ( ) aşağıdakı düsturla hesablanır:

 = (Gazad - Xazad + MGazad  -  İzərər) Vdər + Vazad

 

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:

 

 

burada:

Gazad - gəlirlər üzrə güzəştin məbləği;

Xazad - güzəşt tətbiq olunan gəlirlər üzrə çəkilən xərcin məbləği (xərcin müəyyən edilməsi mümkün olmadıqda, güzəşt olunan gəlirin ümumi gəlirdə xüsusi çəkisi əsas götürülür);

MGazad - mənfəət və ya vergiyə cəlb olunan gəlir üzrə güzəştin məbləği;

İzərər - əvvəlki illər üzrə yaranan və sonrakı dövrə keçirilən zərər;

Vdər - mənfəət və ya gəlir vergisinin dərəcəsi;

Vazad - hesablanmış mənfəət və ya gəlir vergisi üzrə güzəştin məbləği;

XM - proqnoz ili üçün xalis mənfəətin və ya gəlirin artma (azalma) faizi;

 - növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzətlərlə bağlı nəzərdə tutulan dəyişikliklər.

3.1.3. Azərbaycan Respublikasının ərazisində malların təqdim edilməsinə (işlərin görülməsinə və xidmətlərin göstərilməsinə) görə əlavə dəyər vergisi:

əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır: 

     orta

 

ƏDV üzrə orta dərəcə (ƏDVorta) aşağıdakı düsturla hesablanır:

 

orta  ƏDVhes / ƏDVbaza * 100%

 

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır: 

 

 

burada:

 - əvvəlki ildə güzəşt tətbiq edilən dövriyyənin məbləği;

ƏDVorta - əvvəlki ildə ƏDV üzrə orta dərəcə;

İ - proqnoz ili üçün istehlakın artma (azalma) faizi;

 - növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzətlərlə bağlı nəzərdə tutulan dəyişikliklər;

ƏDVhes - hesabat dövrü üzrə hesablanmış ƏDV;

ƏDVbaza - hesabat dövrü ərzində ƏDV üzrə vergi tutulan dövriyyə.

3.1.4. Azərbaycan Respublikasına idxal olunan mallara görə əlavə dəyər vergisi üzrə:

əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır: 

 =  dər

 

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:  

 

 

 

burada:

 - əvvəlki ildə güzəşt tətbiq edilən idxalın dəyəri;

ƏDVdər - əvvəlki ildə ƏDV üzrə dərəcə;

İD - proqnoz ili üçün idxalın artma (azalma) faizi;

 - növbəti il və sonrakı üç il üçün vergi və gömrük siyasətində güzəştlərlə bağlı nəzərdə tutulan dəyişikliklər.

3.1.5. Azərbaycan Respublikasının ərazisində istehsal olunan mallara görə aksiz vergisi üzrə:

əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır:

  =  *

 

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır: 

 

 

 

burada:

  - aksiz vergisindən azad olunan mal növləri;

- əvvəlki ildə advolor aksiz dərəcələri üzrə istehsalın dəyəri, spesifik aksiz dərəcələri üzrə istehsalın miqdarı (həcmi);

 - əvvəlki ildə aksiz vergisinin dərəcəsi;

İ - proqnoz ili üçün istehsalın artma (azalma) faizi;

 - növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzətlərlə bağlı nəzərdə tutulan dəyişikliklər.                                                

3.1.6. Azərbaycan Respublikasına idxal olunan mallara görə aksiz vergisi üzrə:

əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır:

  =  *   

 

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır: 

 

 

 

burada:

 - aksiz vergisindən azad olunan mal növləri;

 - əvvəlki ildə advolor aksiz dərəcələri üzrə idxalın dəyəri, spesifik aksiz dərəcələri üzrə idxalın miqdarı (həcmi);

  - mal növləri üzrə aksiz vergisinin dərəcəsi;

 - proqnoz ili üçün idxalın artma (azalma) faizi;

 - növbəti il və sonrakı üç il üçün vergi və gömrük siyasətində güzətlərlə bağlı nəzərdə tutulan dəyişikliklər.

3.1.7. Hüquqi şəxslərin torpaq vergisi üzrə:  

əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır: 

 

 

 

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır: 

 

 

 

burada:

 - əvvəlki ildə vergi güzəşti tətbiq olunan torpaq sahəsi;

 və - torpaq sahəsi 10000 m2-dək və 10000 m2-dən yuxarı olduqda, yaşayış məntəqələri üzrə hər 100 m2 üçün torpaq vergisinin dərəcəsi;

TS - proqnoz ili üçün torpaq vergisinə cəlb olunan torpaq sahəsinin artma (azalma) faizi;

 - növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzətlərlə bağlı nəzərdə tutulan dəyişikliklər.

3.1.8. Hüquqi şəxslərin əmlak vergisi üzrə:

əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır: 

 

 

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:

 

 

 

burada:

  - əvvəlki ildə vergi güzəşti tətbiq olunan əmlakın ortaillik dəyəri;

Vdər - mövcud vergi dərəcəsi;

İNV - proqnoz ili üçün əsas kapitala yönəldilən investisiyanın artma (azalma) faizi;

 - növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzətlərlə bağlı nəzərdə tutulan dəyişikliklər.

3.1.9. Sadələşdirilmiş vergi üzrə:

3.1.9.1. ümumi hasilatın həcmi nəzərə alınmaqla, əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır: 

 

   =  dər

 

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır: 

 

 

 

burada:

 - əvvəlki ildə vergi güzəşti tətbiq olunan mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi;

Vdər  - mövcud vergi dərəcəsi;

İ - proqnoz ili üçün istehlakın artma (azalma) faizi;

 - növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzətlərlə bağlı nəzərdə tutulan dəyişikliklər;

3.1.9.2. yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin təqdim edilməsi nəzərə alınmaqla, əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır: 

 

* * *

 

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:

 

 

 

burada:

- vergi güzəşti tətbiq olunan yaşayış, qeyri-yaşayış və torpaq sahəsi;

- vergitutma obyektinin hər kvadratmetri üçün nəzərdə tutulan vergi məbləği;

- tətbiq olunan zona əmsalı;

- tətbiq olunan yüksəldici əmsal;

S - proqnoz ili üçün yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin təqdim edilməsinə görə satışın artma (azalma) faizi;

 - növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzətlərlə bağlı nəzərdə tutulan dəyişikliklər.

3.1.10. Mədən vergisi üzrə:

əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır:

   Mdər

 

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır: 

 

 

burada:

 - əvvəlki ildə filiz faydalı qazıntılar üzrə hasilatın dəyəri, qeyri-filiz faydalı qazıntılar üzrə hasilatın miqdarı (həcmi);

Mdər - əvvəlki ildə mədən vergisinin dərəcəsi;

 - proqnoz ili üçün hasilatın artma (azalma) faizi;

 - növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzətlərlə bağlı nəzərdə tutulan dəyişikliklər.                                               

3.1.11. Gömrük rüsumları üzrə:

əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır: 

 =  *

 

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır: 

 

 

 

burada:

 - gömrük rüsumundan azad olunan mal növləri;

 - əvvəlki ildə advolor gömrük rüsumu üzrə idxalın dəyəri, spesifik gömrük rüsumu üzrə idxalın miqdarı (həcmi);

 - mal növləri üzrə gömrük rüsumunun dərəcəsi;

 - proqnoz ili üçün idxalın artma (azalma) faizi;

 - növbəti il və sonrakı üç il üçün gömrük siyasətində güzətlərlə bağlı nəzərdə tutulan dəyişikliklər.

3.2. Tədiyə növləri üzrə büdcə itkilərinin hesablanması zamanı hər bir vergi ödəyicisi və xarici ticarət fəaliyyətinin iştirakçıları üzrə bəyannamə məlumatlarına əsaslanan mikrosimulyasiya modellə-rindən istifadə edilir.

 

4. Güzəştlərin dövlət büdcəsinin gəlirlərinə

təsirinin qiymətləndirilməsi

 

4.1. Hər bir tədiyə növü, iqtisadiyyatın fəaliyyət sahələri və güzəştdən istifadə edən şəxslər üzrə büdcə itkilərinin dövlət büdcəsinin gəlirlərinə təsiri reqressiya təhlili əsasında əldə edilən elastiklik əmsallarından istifadə edilməklə ayrılıqda hesablanır.

4.2. Maliyyə Nazirliyi bu Qaydanın 2.4-cü və 2.5-ci bəndlərinə uyğun təqdim olunan sənədlər və göstəricilər əsasında güzəştlərin tətbiqi nəticəsində dövlət büdcəsi gəlirlərinin və vergi ödəyicilərinin xərclərinin azalmasının faktiki göstəricisi ilə həmin güzəştlərin verilməsi zamanı proqnozlaşdırılan göstəricinin müqayisəsini aparır.

4.3. Maliyyə Nazirliyi tərəfindən güzəştlər üzrə büdcə itkilərinin hesablanmasına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymət-ləndirilməsinin nəticələrinə dair arayış aşağıdakı müddətdə tərtib edilir:

4.3.1. qüvvədə olan güzəştlər üzrə - hesabat ilindən sonrakı ilin iyul ayının 1-dək;

4.3.2. təklif olunan güzəştlər üzrə - gömrük rüsumları üzrə güzəştlərə münasibətdə təklifin təqdim edildiyi tarixdən bir ay ərzində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılır), vergi güzəştlərinə münasibətdə isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 2.8-ci maddəsinə uyğun olaraq növbəti ilin büdcə zərfi çərçivəsində.

4.4. Qüvvədə olan güzəştlər üzrə büdcə itkilərinin hesablan-masına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair arayışda aşağıdakılar əks etdirilir:

4.4.1. hər bir vergi növü və gömrük rüsumları üzrə güzəştlərin siyahısı;

4.4.2. mülkiyyət növü;

4.4.3. iqtisadi fəaliyyət növü;

4.4.4. neft və qeyri-neft sektoru üzrə bölgü;

4.4.5. güzəştdən istifadə edən şəxslər;

4.4.6. güzəştlərin verilməsi nəticəsində büdcə itkiləri (proqnoz-laşdırılan və faktiki);

4.4.7. güzəştlərin büdcə gəlirlərinə nisbəti;

4.4.8. illər üzrə dinamikada qüvvədə olan güzəştlərin dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinə dair məlumatlar (ən azı 3 illik müddət üzrə);   

4.4.9. dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndiril-məsinin nəticələrindən asılı olaraq, güzəştlərə yenidən baxılmasına dair təkliflər.

4.5. Təklif olunan güzəştlər üzrə büdcə itkilərinin hesablan-masına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair arayışda aşağıdakılar əks olunur:

4.5.1. güzəştlərin tətbiq edilməsi barədə qərar qəbul edildiyi təqdirdə, büdcənin proqnozlaşdırılan itkiləri;

4.5.2. ortamüddətli dövr üzrə (ən azı 3 illik müddət üzrə) təklif olunan güzəştlərin dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətlən-dirilməsi proqnozu.

4.6. Maliyyə Nazirliyi avqust ayının 1-dən gec olmayaraq, güzəştlər üzrə büdcə itkilərinin hesablanmasına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair arayışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, həmin qurumlar isə avqust ayının 15-dən gec olmayaraq arayışa dair rəy və təkliflərini Maliyyə Nazirliyinə təqdim edirlər.

4.7. Maliyyə Nazirliyi güzəştlər üzrə büdcə itkilərinin hesablan-masına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair məlumatları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.15-ci maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri ilə birlikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

4.8. Maliyyə Nazirliyi dövlət büdcəsinin gəlirlərini təmin edən orqanlarla birlikdə güzəştlərdən istifadə edilməsinin, eləcə də güzəştlərin tətbiqinin nəticələrinin təhlilini həyata keçirir.

 

5. Güzəştlərin mərkəzləşdirilmiş reyestrinin aparılması

 

5.1. Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” Maliyyə Nazirliyində yaradılır.

5.2. Maliyyə Nazirliyi “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”ni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaş-dırılmış formada və müddətdə təqdim olunan aşağıdakı məlumatlar əsasında aparır:

5.2.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə vergi ödəyiciləri tərəfindən istifadə edilən vergi (idxal vergiləri istisna olmaqla) güzəştlərinə dair məlumatlar;

5.2.2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə xarici ticarət fəaliyyətinin iştirakçıları tərəfindən faydalanan gömrük güzəştlərinə dair məlumatlar.

5.3. Maliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə razılaşdırılmış formada və müddətdə bu Qaydanın 2.4-cü bəndində qeyd olunan məlumatların ötürülməsini təmin etmək məqsədilə həmin qurumların “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nə qoşulmasını təşkil edir.

5.4. “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”ndə güzəştlər barədə ən azı aşağıdakı göstəricilərin əks etdirilməsi zəruridir:

5.4.1. güzəştin qanunvericilik əsası;

5.4.2. güzəşt tətbiq olunan vergi və gömrük rüsumunun növü;

5.4.3. mülkiyyət növü;

5.4.4. iqtisadi fəaliyyət növü;

5.4.5. neft və qeyri-neft sektoru üzrə bölgü;

5.4.6. güzəştdən istifadə edən şəxslər üzrə;

5.4.7. güzəştin qüvvəyəminmə və qüvvədəolma tarixi;

5.4.8. vergitutma elementləri (vergitutma obyekti, vergitutma bazası);

5.4.9. güzəşt verilmiş xarici iqtisadi fəaliyyətin mal nomen-klaturası üzrə gömrük dəyəri;

5.4.10. hesablanmış və ödənilmiş vergi və gömrük rüsumlarının məbləği;

5.4.11. güzəştin tətbiqi nəticəsində büdcə itkilərinin məbləği.

 

        

 

 

__________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Vergi və gömrük sahəsində verilmiş

güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”na

 

                   1 nömrəli əlavə

 

Güzəştlər üzrə büdcə itkilərinin hesablanması və dövlət büdcəsinin

gəlirlərinə təsirinin qiymətləndirilməsi üzrə kateqoriyalar

 

 

 

Beynəlxalq müqavilələrdən

irəli gələn

güzəştlər

 

 

Büdcə təşkilatlarının, büdcədənkənar dövlət fondlarının və publik hüquqi şəxslərin fəaliy-yətindən irəli

gələn güzəştlər

 

 

 

 

Sahibkarlıq fəaliyyətindən irəli gələn güzəştlər

 

 

 

Sosial xarakterli güzəştlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

__________________

 

 

 

 

 

 

 

 

 

 

“Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”na

 

                     2 nömrəli əlavə

                       

Vergi və gömrük güzəştləri üzrə müraciət forması

 

1.

Müraciət edənin adı

 

2.

Müraciətin tarixi 

 

3.

Güzəştin növü (vergi, gömrük rüsumu)

 

4.

İqtisadi fəaliyyət növü

 

5.

Təklif olunan güzəştin məqsədi

 

6.

Təklif olunan güzəşt üzrə əldə olunan əlavə gəlir (dövriyyə)

 

7.

Təklif olunan güzəştin iqtisadiyyatın digər sahələrinə təsiri

 

8.

Güzəştdən istifadə edilməsi nəzərdə tutulan şəxslərin sayı

 

9.

Güzəştin müddəti

 

10.

Hesablanmış güzəştin (vergi, gömrük rüsumu) cəmi məbləği

 

11.

Dövlət büdcəsinə itkinin və ya əlavə gəlirin proqnozu

 
     

 

 

__________________

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə