Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni magistratura proqramı açılır

Azərbaycan Tibb Universiteti “Səhiyyə menecmenti” üzrə magistratura proqramını elan edir

Azərbaycan Tibb Universiteti “Səhiyyə menecmenti” üzrə magistratura proqramını elan edir. 2 illik magistratura proqramı açılır. Proqram Azərbaycan Tibb Universitetinin təcrübəli müəllimləri, həmçinin dəvət olunmuş mütəxəssislər tərəfindən tədris olunacaq.

Proqramda düzgün səhiyyə siyasətinin aparılması, kliniki menecment, əksəriyyəti tibb işçilərindən ibarət olan və hər gün mürəkkəb fiziki, psixoloji, etik problemlərlə üzləşən kadrların idarə olunması, qlobal səhiyyə (sağlam qidalanma, ətraf mühitin mühafizəsi, ana və uşağın sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və sağlam həyat tərzinin təbliği) haqqında biliklər tədris olunacaq. Həmçinin, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi və digər zəruri bacarıqlar aşılanacaq.

Arzulayan hər bir kəs bu ixtisas üzrə təhsil üçün müraciət edə bilər.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 2020 10:15 - TƏHSİL
TƏHSİL
11 Mart 2020 | 11:39
Teledərslərə start verilir

Köhnə versiyamızdan xəbərləri izlə