Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fevralın 12-də gözlənilən hava şəraiti

Fevralın 12-də gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Fevralın 12-də havanın dəyişkən buludlu, əsasən yağmursuz, səhər  bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  5-8 dərəcə isti, Bakıda  gecə 0 dərəcəyə yaxın, gündüz  6-8 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  761 mm civə sütunundan 757 mm civə sütünuna enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz olacaq.  

Azərbaycanın rayonlarında

Fevralın 12-də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə  5-10 dərəcə şaxta, gündüz  5-9 dərəcə isti,  dağlarda gecə 12-17, gündüz  0-5 dərəcə şaxta  olacaq. 

Tibbi-meteoroloji proqnoz

Fevralın 12-də Abşeron yarımadasında arabir güclənən gilavar  küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

11 2020 17:39 - EKOLOGİYA
EKOLOGİYA
25 Fevral 2020 | 16:56
Faktiki hava
24 Fevral 2020 | 16:19
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə