Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aydın Quliyev: Bəzi qüvvələr Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərində problem yaratmaq niyyətində idilər

Aydın Quliyev: Bəzi qüvvələr Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərində problem yaratmaq niyyətində idilər

Siyasi ekspert Aydın Quliyev bildirib ki, Azərbaycanda 9 fevral seçkiləri bütün əvvəlki parlament seçkilərindən bir sıra mühüm yeniliklərlə fərqlənir.

Ekspert qeyd edib ki, seçki prosesinin bütün mərhələlərinin qanunvericilik çərçivəsində həyata keçirildiyi bütün beynəlxalq missiyalar tərəfindən qeydə alınıb: "Namizədlərin sayca çoxluğu cəmiyyətimizin siyasi fəallığının yüksəlməkdə olduğunun bariz ifadəsidir. Çoxsaylı iddiaçılar hər bir seçki dairəsində prosesə cəlb olunan seçicilərin sayının dəfələrlə artmasını təmin edən təsirli faktora çevrildi.

Obyektiv beynəlxalq müşahidəçilərin ilkin rəy və hesabatlarında seçkilərin nəticələrinə əsaslı təsir göstərə bilən heç bir pozuntunun qeydə alınmadığı birmənalı olaraq qeyd edilir. Rəylərdə aydın görünən dəyərləndirmələr seçki prosesinin beynəlxalq standartlara tam uyğun olması ilə bağlıdır. Bəzi qüvvələr seçki prosesində özünü göstərən mütərəqqi dinamikanı ört-basdır etməyə və əhəmiyyətini azaltmağa çalışırlar. Seçkinin beynəlxalq standartlara və qanunvericilik normalarına uyğun keçirildiyi halda, radikal qrupların mülahizələri reallığa uyğun gəlmir. Heç şübhə yoxdur ki, bu qüvvələr öz qərəzli mövqeləri ilə Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərində problem yaratmağa cəhd edirlər. Azərbaycanın bütün məsələlər üzrə beynəlxalq əməkdaşlıq siyasəti strateji xarakter daşıdığı üçün həmin qüvvələr bu siyasətə əngəl ola bilməz".

Ekspert deyib ki, bir-biri ilə ziddiyyət təşkil edən müxtəlif rəylər seçki məsələsində Azərbaycanın dostları və düşmənləri adı altında bölgü aparmağa tam əsas verir. Ortada seçkilər prosesinə adekvat münasibət yox, başqa maraqları yeritmək niyyətləri hiss olunur ".

A.Quliyev qeyd edib ki, 9 fevral seçki prosesinin bütün təzahürləri Azərbaycanın beynəlxalq əlaqələr sistemində mövqe və imicinə müsbət dinamika vermək gücündədir.

11 2020 15:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə