Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar ayında gündəlik neft hasilatı 769 min barrel olub

Yanvar ayında gündəlik neft hasilatı 769 min barrel olub

2020-ci ilin yanvar ayı üzrə respublikada gündəlik neft hasilatı 769 min barrel olub. Bunun 678 min barrelini xam neft, 91 min barrelini kondensat təşkil edib. Gündəlik 540 min barrel xam neft, 87 min barrel kondensat, 22,3 min barrel neft məhsulları ixrac edilib.

Energetika Nazirliyindən aldığımız xəbərdə deyilir ki, nazirlik yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barel artırılaraq 27 min barrel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”

11 2020 11:49 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə