Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisə seçkidə 9 partiyanın namizədləri qalib gəlib

Azərbaycanda 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkisində 9 partiyanın təmsilçisi qalib gəlib. MSK-nın fevralın 10-da açıqladığı nəticələrə görə, yeni deputatların partiya mənsubiyyəti aşagıdakı kimidir:

–Yeni Azərbaycan Partiyası (YAP) -- 74 namizədi nəfər;

–Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – 3 nəfər;

–Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) – 1 nəfər;

–Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) – 1 nəfər;

–Ana Vətən Partiyası (AVP) – 1 nəfər;  

–Böyük Qurtuluş Partiyası  (BQP) – 1 nəfər;

–Vəhdət Partiyası (VP) – 1 nəfər;

–Vətəndaş Birliyi Partiyası (VBP) -- 1 nəfər;

–Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) – 1 nəfər;  

Bitərəf namizədlərdın isə 41 nəfər qalib gəlib. Beşinci çağırış Milli Məclisdə təmsil olunan Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)  və Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) heç bir namizədi qalib gəlməyib.

Beşinci çağırış Milli Məclisdə 125 deputatdan 74 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP) üzvü idi. VHP 2, AVP, ADİP, ADMP, ASDP, ASRP, BQP, BAXCP, MDHP, VP və VBP isə 1 nəfərlə Milli Məclisdə təmsil olunurdu. Parlamentin 39 üzvü isə bitərəf deputatlardan ibarət idi.

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

11 2020 10:48 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə