Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistanın milli informasiya agentliyi Azərbaycanda keçirilən parlament seçkilərindən yazıb

 

Özbəkistanın UzA milli informasiya agentliyi Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı geniş material dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə seçkilər haqqında ətraflı məlumat yer alıb. Bildirilir ki, 5573 seçki məntəqəsinin 1000-də veb-kamera quraşdırılıb. Özbəkistan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Maxmud İstamovun rəhbərlik etdiyi nümayəndə heyəti seçkiləri Bakı və Şirvan şəhərlərində, həmçinin Şamaxı rayonunda izləyib. Özbəkistan nümayəndələri mətbuata müsahibələrində seçkilərin açıq, demokratik və şəffaf keçirildiyini bildiriblər. Qeyd olunub ki, hakim Yeni Azərbaycan Partiyası seçkilərdə qələbə çalıb. Azərbaycan Milli Məclisi 125 deputatdan formalaşır və 5 il müddətinə seçilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

11 2020 09:37 -

Köhnə versiyamızdan xəbərləri izlə