Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həsən Ruhaniyə

Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 
Tarixi, mədəni və dini köklərə əsaslanan, mehriban qonşuluq şəraitində inkişaf edən Azərbaycan-İran münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlarda, xüsusən ­Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın rifahı naminə ­bundan sonra daha da möhkəmlənəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, işlərinizdə uğurlar, dost İran ­xalqına daim sülh və firavanlıq diləyirəm.
Hörmətlə,

 

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2020-ci il

10 2020 23:47 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə