Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qərbi Avropada güclü qasırğa

Son 7 ildə Qərbi Avropaya ən güclü qasırğa gəlib. Küləyin sürəti saniyədə 150 kilometrə çatır.

Əsas zərbə Britaniya adalarına dəyib. Birləşmiş Krallığın bütün ərazilərinə güclü və intensiv yağışlar yağır. Çaylar məcrasından çıxıb. Onlarca yaşayış məntəqələrini su basıb.

100 mindən çox ev işıqsız qalıb. Güclü külək elektrik dirəklərini və ağacları aşırıb.

Qasırğa nəqliyyatın hərəkətini iflic edib. Gəmilərin, qatarların hərəkəti dayanıb. Onlarca aviareys təxirə salınıb.

Təbii fəlakət Korsikada da fəsadlar törədib.Fransanın 42 departamentində təhlükəli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Bundan əlavə, Baltikyanı respublikaların əhalisi də  təhlükəli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

10 2020 17:12 - EKOLOGİYA
EKOLOGİYA
14 May 2020 | 10:05
Ov edən şəxs saxlanılıb

Köhnə versiyamızdan xəbərləri izlə