Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonunun Haran kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.

Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən 8 fevral 2020-ci il tarixində səhər saat 6 radələrində “Ural” markalı  43-BB-223 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3,5 m3 həcmində fısdıq cinsli işlik meşə materialı aşkar edilib və  avtomobilin sahibi Aslan Cəbiyev barəsində akt tərtib olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,hazırda faktla bağlı araşdırma aparılır.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
  

10 2020 17:10 - EKOLOGİYA
EKOLOGİYA
14 May 2020 | 10:05
Ov edən şəxs saxlanılıb

Köhnə versiyamızdan xəbərləri izlə