Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fevralın 11-də gözlənilən hava şəraiti haqqında məlumat

Fevralın 11-də gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Bəzi yerlərdə az qar yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb  küləyi  günün ikinci yarısında mülayim  cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 0-4° şaxta, gündüz  2-5° isti,

Bakıda  gecə 1-3° şaxta, gündüz 2-4° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunundan 763 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 65-75%,  gündüz  50-60%  olacaq. 

Tibbi-meteoroloji proqnoz

Fevralın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin günün  ikinci yarısında mülayim gilavar küləyi ilə əvəz olunacağı və nisbətən soyuq temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gecə və səhər bəzi cənub rayonlarında qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman.  Mülayim qərb küləyi əsəcək.  Havanın temperaturu  gecə 5-10° şaxta, gündüz  2-7°  isti, dağlarda gecə 13-18° şaxta, gündüz  1-6° şaxta olacaq.

Yollar buz bağlayacaq.

10 2020 17:08 - EKOLOGİYA
EKOLOGİYA
25 Fevral 2020 | 16:56
Faktiki hava
24 Fevral 2020 | 16:19
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə