Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Adana festivalında Azərbaycan kinosunun 120 illik yubiley mərasimi böyük maraqla qarşılanıb

Adana festivalında Azərbaycan kinosunun 120 illik yubiley mərasimi böyük maraqla qarşılanıb

Türkiyənin Adana şəhərində keçirilən XXV Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan kinosunun 120 illiyinə həsr olunan yubiley mərasimi keçirilib. Mərasim Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) tərəfindən birgə təşkil olunub.

Adana Atatürk Sənət Qalereyasında təşkil olunan tədbirə Azərbaycan və Türkiyəni təmsil edən kino və teatr xadimləri, eləcə də çox sayda xarici qonaq və festival iştirakçısı qatılıb.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Xalq artisti Cahangir Novruzov, tanınmış kinorejissor Ayaz Salayev və Mədəniyyət Nazirliyinin əməkdaşı, ssenarist Elşad Əliyev Azərbaycan kinosunun tarixi və keçdiyi yol barədə iştirakçılara müfəssəl məlumat veriblər. Paneldə Azərbaycan kino tarixi, onun təkmilləşmə mərhələləri, müasir kinomuzun inkişaf dinamikası, o cümlədən bu sahəyə göstərilən dövlət qayğısından danışılıb.

Daha sonra Azərbaycan kinosunun tarixini əks etdirən, kinorejissor Yavər Rzayevin çəkdiyi “Biri var idi, biri yox idi” sənədli filminin nümayişi olub. Filmdə Azərbaycan kinosunun bütün mərhələlərinə nəzər salınır, ayır-ayrı filmlərdən fraqmentlər göstərilir. Həmçinin ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən, ulu öndərin kino və mədəniyyət xadimləri, görkəmli yazıçılar və şairlərlə görüşlərindən maraqlı məqamlar əksini tapıb. Filmdə diqqətə çatdırılır ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda kino sənətinin inkişafına böyük qayğı göstərilir. Dövlətimizin başçısının Azərbaycan kinosunun 120 illik yubileyinin qeyd olunması barədə sərəncamı da bu qayğının bariz nümunəsidir. .

Sonda çıxış edən Adana böyükşəhər bələdiyyəsinin sədri Hüseyin Sözlü Azərbaycan kinosunun zəngin nümunələri ilə tanışlıqdan məmnunluğunu ifadə etdi. O, əminliklə qeyd etdi ki, Azərbaycan və Türkiyə bütün sahələrdə olduğu kimi, kino sahəsində birgə əməkdaşlıqla böyük uğurlar qazanacaq.

Qeyd edək ki, festival çərçivəsində “İçərişəhər” bədii filmi nümayiş olunub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
.

25 2018 12:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə