Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gələn il “Şahdəniz-2” yatağının cənub-şərq cinahından hasilata başlanması gözlənilir

2019-cu ildə “Şahdəniz-2” layihəsinin dənizdə və qurudakı obyektlərinin əməliyyatlara tam təhvili başa çatıb.

“BP Azerbaijan” şirkətindən verilən məlumata görə, layihə komandası ilk hasilat ilində “Şahdəniz-2” qurğularının yüksək səmərəliliyini təmin etmək məqsədilə əməliyyatlara dəstək verməyə davam edib.

İl ərzində layihə çərçivəsində sualtı quraşdırma işləri, o cümlədən 2021-ci ildə yatağın cənub-şərq cinahından hasilatın başlanması üçün dərin sularda avadanlıqların quraşdırılması işləri davam edib. Qaz hasilatını planlaşdırılan sabit səviyyəyə çatdırmaq üçün qarşıdakı illərdə Xankəndi sualtı tikinti gəmisi və İsrafil Hüseynov borudüzmə gəmisi vasitəsilə sualtı qurğuların daşınması və quraşdırılması işləri davam edəcək.

2019-cu ildə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

“İstiqlal” qazma qurğusu yatağın şərq cinahının cənub hissəsində 1, qərb cinahın cənub hissəsində 2, şərq cinahın şimal hissəsində isə 2 sualtı quyu tamamlayıb. Qurğu daha sonra yatağın şərq cinahının şimal hissəsində 2 quyu lüləsinin üst intervalını qazıb. “Maersk Explorer” qurğusu “SDH01” quyusunu tam dərinliyədək, şimal cinahda 1 quyu lüləsinin üst intervalını və qərb cinahın cənub hissəsində 2 quyu lüləsinin üst intervalını qazıb. Qurğu daha sonra qərb cinahın cənub hissəsində “SDF03” quyusunu tam dərinliyədək qazıb və “SDF04” quyusunun alt hissəsini qazmağa başlayıb.

Bu iki qurğu “Şahdəniz-2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 17 quyu qazıb və bunlardan 16-sını tamamlayıb (yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu, cənub-şərq cinahında 4 quyu, qərb cinahın cənub hissəsində 2 quyu, şərq cinahın şimal hissəsində 2 quyu tamamlanıb; qərb cinahın cənub hissəsində 1 quyu tam dərinliyədək qazılıb və konservasiya olunub). Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

V.BAYRAMOV,
“Xalq qəzeti”

10 2020 10:42 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə