Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransanın Normandiya regionunda Azərbaycanda tolerantlıq ənənələrindən danışılıb

Fransanın Normandiya regionunda Azərbaycanda tolerantlıq ənənələrindən danışılıb

Fransanın Normandiya regionunda "İnsanlar tolerantlığa və sülhə qadirdirlər, Azərbaycan buna bir nümunədir" mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masa Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə "Sülhü yaşadaq" festivalı çərçivəsində baş tutub.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Müdriklik Qovşağı Assosiasiyasının prezidenti Danyel Russo, Tapovan Yoqa və Ayurveda Açıq İnstitutunun təsisçisi  Kiran Vyas çıxış  ediblər.

Dəyirmi masada Azərbaycanda tolerantlıq ənənələrindən, Avropa ilə Asiyanın kəsişməsində, sivilizasiyaların qovşağında yerləşən qədim və keşməkeşli tarixə malik bu odlar diyarında müxtəlif dini, etnik mənşəli insanların birgə yaşayışından, xalqımızın sülhpərvərliyindən söhbət açılıb.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel çıxış edərək Azərbaycan Desmokratik Respublikasının yaradılması, Azərbaycanda qadınlara verilən səsvermə hüququnun yüzillik tarixindən, Azərbaycanın yenidən müstəqilliyini əldə etdikdən bəri insan kapitalının inkişafına töhfə verən uğurlu siyasətindən danışıb. Dəyirmi masa sahibləri iştirakçıların ölkəmizlə bağlı çoxsaylı suallarını cavablandırıblar. İştirakçılar Azərbaycanda tolerantlıq dəyərlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə maraqlanıblar.

Tədbir zamanı Azərbaycana dair film nümayiş etdirilib. Azərbaycanın füsunkar təbiətini, möhtəşəm tarixi abidələrini, müasir dövrümüzün tələblərinə cavab olaraq tərəqqi naminə göstərdiyi səylərini, turizm imkanlarını əks etdirən filmi iştirakçıları böyük maraqla qarşılayıblar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 2018 12:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə