Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərkitab” Kitab Yayımı Mərkəzi Beynəlxalq müsabiqənin qalibi olmuşdur

“Azərkitab” Kitab Yayımı Mərkəzi Beynəlxalq müsabiqənin qalibi olmuşdur

Turkustan.info xəbər verir ki, MDB dövlətlərinin kitabyayımı ilə məşğul olan müəssisələrin Beynəlxalq əməkdaşlığının gücləndirilməsi, kitabyayımı mədəniyyətinin yüksəldilməsi və MDB dövlətləri arasında mədəni dəyərlərin mübadiləsinin genişləndirilməsi məqsədi ilə hər il Beynəlxalq müsabiqə keçirilir.

Müsabiqənin təsisçisi MDB-nin Dövri mətbuat, kitab nəşri, kitabyayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası şurasıdır. Müsabiqəni Müstəqil Dövlətlərin Kitabyayımı Assosiasiyası təşkil edir və keçirir.

MDB-nin İcraiyyə Komitəsinin qərarılə, 2017-ci ilin yekunlarına görə ölkədaxili və Beynəlxalq kitab mübadiləsini yüksək səviyyədə təşkil etdiyinə görə birinci yeri “Azərkitab” Kitab Təbliği Mərkəzi (Bakı) qazanmışdır.

İkinci və üçüncü yerləri “Bukvoyed” Peterburq Kitab şəbəkəsi (Sankt-Peterburq), “Biblio-qlobus” (Moskva) və “Belkniqa” ASC-nın filialı – “Mərkəzi kitab mağazası” (Minsk) qazanmışdırlar.

Bir neçə gün əvvəl Moskvada keçrilən XXI Beynəlxalq kitab sərgi- yarmarkasında müsabiqənin qaliblərinə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin Fəxri fərmanları təqdim edilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 2018 12:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə