Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriyaya daha bir neçə “S-300” sistemləri göndərəcək

Suriyaya daha bir neçə “S-300” sistemləri göndərəcək

Rusiya Suriyaya dah bir neçəS-300” hava hücumundan müdafiə sistemləri göndərəcək. Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bu barədə Rusiyanın müdafiə maziri Sergey Şoyqu məlumat verərək deyib: “Bu proses qarşıdakı 2 həftə ərzində reallaşacaq və raketlər Suriya-İsrail sərhədində yerləşdiriləcək”.

Ekspertlər Rusiyanın bu addımını İsrailə qarşı təhdid kimi qiymətləndirir. Bir neçə gün öncə Suriya sahillərində vurulan Rusiyanın “İl-20” təyyarəsinə görə İsrail günahlandırılır.

İsrail tərəfinin öz günahsızlığını sübut etmək cəhdləri isə Kreml tərəfindən birmənalı qarşılanmır. Hərbi ekspertlərin fikirincə, 2 gün öncə İsraildən olan nümayəndə heyətinin gətirilən dəlillərlə birlikdə Moskvadan geri göndərilməsi Putin hökumətinin Tel-Əvivi hələ bağışlamadığı və qarşıdurmanın hələ uzun müddət davam edəcəyindən xəbər verir.

Bundan başqa Rusiya Suriya hava məkanını 1 həftə boyunca bütün uçuşlar üçün bağlı elan etməsi də İsrail üçün bir mesajdır.

Bir neçə saat öncə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov İsrail-Ruisya münasibətlərini şərh edib:

“Təbii ki, bizim hərbi mütəxəssislərimizin rəyinə əsasən bu insidentə səbəb israilli pilotların hərəkətləridir. Bu da bizim münasibətlərimizə zərər vurdu”

Peskov həmçinin qeyd edib ki, hazırda rəsmi Moskvanın əsas hədəfi Suriyada olan hərbiçilərinin təhlükəsizliyidir.

O, həmçinin xatırladıb ki, İsrail Rusiyanın regionda Suriya münaqişəsi zamanı ilk əlaqə qurduğu dövlət olub. “İl-20” faciəsindən sonra isə bu əlaqələr əvvəlki səviyyədə deyil” deyə Peskov əlavə edib.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

25 2018 11:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə