Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biləsuvarda 33 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

Biləsuvarda 33 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri  (ANAMA)  Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə Biləsuvar rayonunun “Mahmudçala” ovçuluq təsərrüfatına baxış keçirib və aparılmış təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 33 ədəd partlamamış hərbi sursat aşkar olunub.

Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib. Tapılmış hərbi sursat  zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 3 700 kv.m əraziyə yerüstü  baxış keçirilib.

22 gün ərzində sözügedən ərazidə aparılan  əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 982 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança, 1  ədəd AK-74 avtomatı aşkar olunub, 176 900 kv.m əraziyə yerüstü və 9 155 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 

Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”

25 2018 11:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə