Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qızıl top” mükafatı qadın futbolçulara da təqdim ediləcək

İlin ən yaxşı futbolçusu üçün “Qızıl top” mükafatını təsis edən “France Football” nəşri 2018-ci ildən etibarən bu mükafatı həm kişi, həm də qadın futbolçulara təqdim edəcək.

Bu barədə nəşrin baş redaktoru Paskal Ferre “Assoşieyted Press”  agentliyinə müsahibəsində deyib: “Qadın futbolu sürətlə inkişaf edən idman növüdür. Kişi futbolu kimi qadın futbolu da hörmətli münasibətə layiqdir. Qadın futbolu sürətlə inkişaf edir və yetkinləşir. 2015-ci ildə qadınlar arasında keçirilmiş futbol üzrə sonuncu dünya çempionatının oyunlarına 760 milyondan çox azarkeş tamaşa edib, bu, heç də təsadüfi deyil.

Bu mükafata iddia edən 15 namizədin siyahısı oktyabrın 8-də elan olunacaq. Nominantları jurnal seçəcək, qalibi isə bir sıra ölkələrin qadın futbolu üzrə ixtisaslaşan jurnalistləri müəyyən edəcəklər. “Qızıl top” mükafatının təqdim edilməsi mərasimi dekabrın 3-də Parisdə keçiriləcək.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

25 2018 11:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə