Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tailandda atışma zamanı 26 nəfər ölüb, 57 nəfər yaralanıb

Tailandın Səhiyyə Nazirliyinin nümayəndəsi mətbuat konfransı zamanı bildirib ki, Nakhonratçasima şəhərində "Terminal 21" ticarət mərkəzinin ərazisində baş verən atışma zamanı 26 nəfər ölüb, 57 nəfər isə yaralanıb.

Nümayəndə deyib: “Nakhonratçasimada hazırda ölənlərin sayı 26, yaralananların sayı isə 57 nəfər təşkil edir. Yaralananlardan 21-i artıq evə buraxılıb, qlanları isə xəstəxanalardadır".

Qeyd edək ki, ötən gün silahlı əsgər Tailandın Nakhonratçasima şəhərində hərbi düşərgədə öz komandirini və daha iki nəfəri güllələyərək oğurluq avtomobildə hadisə yerindən qaçıb.

Daha sonra ticarət mərkəzi istiqamətində hərəkət edən cinayətkar qarşısına çıxan insanlara atəş açıb və öz hərəkətlərini "Facebook" vasitəsi ilə canlı yayımlayıb. Bir müddət sonra onun "Facebook səhifəsi bağlanıb.

Cinayətkar "Terminal-21" ticarət mərkəzinə daxil olub və orada da insanlara atəş açıb. Daha sonra cinayətkar ticarət mərkəzinin ərazisində gizlənib.

Hüquq-mühafizə orqanlarının ordu ilə birlikdə cinayətkarın zərərsizləşdirilməsi üzrə keçirdikləri əməliyyat nəticəsində 32 yaşlı əsgər Cakkrapant xüsusi təyinatlılar tərəfindən öldürülüb.

“Xalq qəzeti”

9 2020 15:16 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
20 Aprel 2020 | 16:50
Kanadada atışma
10 Fevral 2020 | 12:25
Kevin Konuey vəfat edib
4 Fevral 2020 | 17:42
Kaliforniyada atışma

Köhnə versiyamızdan xəbərləri izlə