Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alimlər “ScanMars” adlı yeni qurğu hazırlayıblar

Alimlər “ScanMars” adlı yeni qurğu hazırlayıblar

İtaliya astronavtları səhra şəraitində su axtarmaq üçün istifadə ediləcək  “ScanMars” adlı qurğu hazırlayıblar. Bildirilir ki, cihaz İtaliya Milli Astrofizika İnstitutunun alimləri tərəfindən hazırlanıb və gələcəkdə Marsda istifadə məqsədi daşıyır. Bu barədə “Naukatv”  saytı məlumat yayıb.

Qurğudan ilk dəfə Oman səhrasında yeraltı suların aşkarlanması üçün istifadə olunub. Alimlər bildiriblər ki, bu yerlərdəki şərait Marsdakı şəraitə çox bənzəyir. Cihaz yeraltı səthi radiodalğa impulslarının torpağa ötürülməsi və qəbulu vasitəsilə tədqiq edir. Ayrı-ayrı geoloji xüsusiyyətlərə malik sahələr radiodalğalara müxtəlif şəkildə reaksiya verir və əks etdirilən siqnalların köməyi ilə strukturun və yer təkinin sərhədlərinin təsvirini formalaşdırmağa şərait yaradır.

Qeyd edək ki, cihazın sınaqları Marsda gələcək kəşfiyyata hazırlıq üçün nəzərdə tutulan “AMADEE-18” missiyası çərçivəsində həyata keçirilib.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

25 2018 11:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə