Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib

AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib

science.gov.az-dan verilən xəbərə görə sentyabrın 24-də AMEA Rəyasət Heyətində “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Məqsəd iki qurum arasında texniki elmlər üzrə birgə fəaliyyətə dair müzakirələr aparmaq və əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.

Görüşdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA ilə “Turkish Aerospace” şirkəti arasında texniki elmlər istiqamətində birgə tədqiqatların yerinə yetirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. Alim bu sahədə kadr və təcrübə mübadiləsinin aparılmasının zəruriliyini qeyd edib.

“Turkish Aerospace” şirkətinin strateji və texnologiya üzrə idarəetmə rəhbəri, professor Fahrettin Öztürk bildirib ki, qeyd olunan istiqamətlərdə birgə əməkdaşlıq kompleks araşdırmaların aparılmasına, müxtəlif layihələrin həyata keçirilməsinə geniş imkanlar yaradacaq.

Daha sonra AMEA ilə “Turkish Aerospace” şirkəti arasında birgə fəaliyyətə dair sənədin imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

İsaq Əmənullayev,
 “Xalq qəzeti”

25 2018 11:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə