Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Farsdilli əlyazmalar və əski çap kitabları kataloqu" çap olunub

science.gov.az-dan verilən xəbərə görə, AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu tərəfindən “Farsdilli əlyazmalar və əski çap kitabları kataloqu” işıq üzü görüb.

Nəşrin tərtibçisi Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov və Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazovdur.

Kataloqda əksəriyyəti Naxçıvan Muxtar Respublikasının ərazisindən toplanılan və elmin müxtəlif sahələrinə aid olan əsərlər yazıldığı və ya çap olunduğu tarixlər üzrə xronoloji ardıcıllıqla verilib.

Əlyazmalar Fondunda mühafizə olunan 48 əlyazma və 134 əski çap kitabının qısa təsvirinin verildiyi kataloqun elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov, rəyçisi  filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovdur.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

25 2018 11:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə