Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İşləyən qadın - inkişaf edən cəmiyyət”

“İşləyən qadın - inkişaf edən cəmiyyət”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti “İşləyən qadın - inkişaf edən cəmiyyət” mövzusunda seminar keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə əmək münasibətləri sistemində gender bərabərliyinin təmini, qadınların sosial vəziyyəti, təhsil səviyyəsi, cəmiyyətdə iştirakı, işləməsi və digər məsələlər müzakirə edilib.

Qeyd edilib ki, qadınlara iş bacarıqlarının qazandırılması iqtisadi inkişafla yanaşı, eyni zamanda, ailədəki mövqeyinin güclənməsinə təsir edir.

Azərbaycan qadınının cəmiyyətdə oynadığı rolun daha da yüksəldiyi, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiyada, sahibkarlıqda, mədəniyyət sahəsində, elm, təhsil, səhiyyədə və digər mühüm sferalarda aktiv iştirak etdikləri qeyd edilib. Bildirilib ki, Əmək Məcəlləsinə əsasən, əmək münasibətlərində cinsinə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qadağandır.

Seminarda cinsi ayrı-seçkilik, təhsil və peşə təhsilindəki bərabərsizlik, ev işləri və uşağa qulluq və s. məsələlər müzakirə edilib.

                                     

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

25 2018 11:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə