Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Evdən çıxmadan çıxarış-daha bir hündürmərtəbəli bina sakinləri bu fürsətdən yararlandılar

Evdən çıxmadan çıxarış-daha bir hündürmərtəbəli bina sakinləri bu fürsətdən yararlandılar

Bakıda daha bir hündürmərtəbəli bina “Kütləvi çıxarış” kampaniyasının ünvanı oldu. İctimai xidməti birbaşa vətəndaş ünvanına aparan bu kampaniya 21 sentyabrda Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 4 ünvanında yerləşən binada keçirildi. 

Cari il ərzində 15-dən çox “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bu sosial tədbir fərqli məkanları əhatə edir. Belə ki, coğrafiyasından asılı olmayaraq respublikanın ayrı-ayrı şəhərlərində, ucqar kəndlərində, o cümlədən iş yerlərində də keçirilir.   

Qeyd edilməlidir ki, Bakı şəhərində mənzil bazarında mövcud aktivlik daşınmaz əmlak sənədləşməsini zəruri edir. Çıxarışlı mənzillərin iqtisadi proseslərə geniş formada cəlb edilməsi əmlakların etibarlı və hüquqi zəmanətli olması ilə bağlıdır. Sadalanan amillər vətəndaşların mənzillərə dair çıxarış almaq marağını artırır.

Daha geniş formada keçirilən komitənin “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” aksiyası da davam etməkdədir. Kampaniya daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətləri səyyar formada həyata keçirir. Bu aksiya hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə reallaşır. “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı 24-28 sentyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Abşeron rayonu Görədil kəndi, İlqar Yusubov küçəsi, 3 (Görədil İcra Nümayəndəliyinin yanında) olacaq.

Fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarını qeydiyyata almaq istəyən sakinlər mobil ofislərə yaxınlaşa bilərlər. İndiyədək bu kampaniya Abşeron rayonunun 10 qəsəbəsində keçirilib. Başlandığı dövrdən 750-yə yaxın vətəndaşın müraciəti qeydə alınıb. 

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

25 2018 11:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə