Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyalı politoloq: Azərbaycan Rusiyanın Qafqaz regionunda vacib strateji tərəfdaşıdır

Rusiyalı politoloq, Sibir İdarəçilik İnstitutunun siyasət və beynəlxalq münasibətlər fakültəsinin dekanı Sergey Kozlov bildirib ki, Azərbaycan Rusiyanın Qafqaz regionunda vacib strateji tərəfdaşıdır.

Ekspert qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələri təhlükəsizlik və iqtisadiyyatdır: “Rusiya-Azərbaycan əməkdaşlığı Cənubi Qafqaz və Xəzər regionunda sabitliyin təmin olunmasının vacib amilidir. İki ölkə arasında iqtisadi əlaqələrin əhəmiyyətini vurğulayan daha bir amil Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmayan MDB ölkələri arasında Rusiyanın ən vacib ticarət tərəfdaşı olmasıdır. Rusiya Azərbaycan iqtisadiyyatına fəal şəkildə investisiya yerləşdirir. Rusiyaya investisiyaların həcmi 4,7 milyard dollara çatır. Azərbaycanda “Qazprom”, “Lukoyl” və “Transneft” kimi Rusiyanın enerji şirkətləri işləyir. Digər sahələrdə də, xüsusilə maşınqayırma və əczaçılıq sahələrində də əməkdaşlıq reallaşdırılır”.

Sergey Kozlov əlavə edib ki, Rusiya-Azərbaycan münasibətlərində dövlət başçıları arasında dostluq münasibətləri vacib rol oynayır:“Bu baxımdan dövlət başçılarının şəxsi əlaqələri dövlətlərarası münasibətlərin inkişafına təkan verir. Son iki il ərzində Vladimir Putin və İlham Əliyev dəfələrlə görüşüblər. Maraqlıdır ki, Rusiya Prezidenti Azərbaycanın dövlət başçısını doğum günü münasibətilə iki dəfə təbrik edib – teleqramla və telefonla. Hətta müşahidəçilər iki prezidentin münasibətlərində “xüsusi kimya”dan danışıblar. Bu da Rusiya-Azərbaycan münasibətlərində müsbət dinamikanın gələcəkdə də qorunub saxlanacağına əminlik verən növbəti amildir”.

“Xalq qəzeti”

8 2020 14:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə