Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abituriyentlər üçün 2 yeni ixtisas yaradılıb

Azərbaycanda xüsusi qabiliyyət tələb edən V ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 2 yeni ixtisas yaradılıb, 4 ixtisas əsasında 3 ixtisas formalaşdırılıb.

Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, V ixtisas qrupunda Bədən tərbiyəsi və idman, Solo oxuma, Estrada sənəti, Xalq çalğı alətləri ifaçılığı və Rəqs müəllimliyi ixtisasları siyahıdan çıxarılıb. Dekorativ sənət, Dizayn (təsviri sənət istiqaməti), Dizayn (memarlıq və dizayn istiqaməti) və Məşqçi (idman növü üzrə) ixtisasları əsasında Dekorativ tətbiqi sənət (sahələr üzrə), Dizayn (sahələr üzrə) və Məşqçilik ixtisasları formalaşdırılıb.

V ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) və Vokal sənəti (sahələr üzrə) ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra V ixtisas qrupuna aşağıdakı 19 ixtisas daxildir:

1. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
2. Musiqi müəllimliyi
3. Təsviri incəsənət müəllimliyi
4. Aktyor sənəti
5. Bəstəkarlıq
6. Dekorativ tətbiqi sənət (sahələr üzrə)
7. Dirijorluq (sahələr üzrə)
8. Dizayn (sahələr üzrə)
9. Heykəltəraşlıq
10. İnstrumental ifaçılıq (sahələr üzrə)
11. Musiqişünaslıq
12. Operator sənəti
13. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
14. Qrafika
15. Rejissorluq
16. Rəngkarlıq
17. Vokal sənəti (sahələr üzrə)
18. Xoreoqrafiya sənəti (sahələr üzrə)
19. Məşqçilik. 

Səadət RZAYEVA,
“Xalq qəzeti”

8 2020 11:34 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə