Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq artisti Ağaxan Abdullayevin 70 illiyi qeyd olundu

Xalq artisti Ağaxan Abdullayevin 70 illiyi qeyd olundu

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 70 illiyi qeyd edilib.  Mərkəzdən  bildiriblər kİ, tədbir Azərbaycan Dövlət Televiziyası Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunub. Əvvəlcə Ağaxan Abdullayev haqqında videoçarx nümayiş olunub.

Tədbirdə Xalq artisti Mənsum İbrahimov Ağaxan Abdullayevin ifaçılıq sənətinə töhfələrindən danışıb.

Mərasimdə Xalq artistləri Alim Qasımov, Vamiq Məmmədəliyev, Əməkdar artist Ağalar Bayramov, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd çıxış edərək Ağaxan Abdullayev haqqında xatirələrini bölüşüblər.

Tədbir bədii hissə ilə davam edib. Gecədə "Buta" instrumental ansamblının müşayiətilə çıxış edən Xalq artistləri Alim Qasımov, Zabit Nəbizadə, Teyyub Aslan, Mələkxanım Əyyubova, Simarə İmanova, Əməkdar artistlər Səbuhi İbayev, Bəyimxanım Vəliyeva, Məmməd Nəcəfov, Elnarə Abdullayeva geniş musiqi proqramı təqdim ediblər.

Tədbirin sonunda Xalq artistinin oğlu Xoşbəxt Abdullayev ailəsi adından gecəni təşkil edənlərə və iştirakçılara təşəkkürünü bildirib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 2020 10:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə