Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib

İclasda Səhiyyə nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov, Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri Viktor Qasımov, eləcə də İctimai Şuranın sədri Rüstəm Salayev, sədr müavini Ziba Nəbiyeva, şuranın katibi Taryel Eyvazov və şuranın üzvü Yeganə Sultanova iştirak ediblər.

İclası İctimai Şuranın sədri Rüstəm Salayev giriş sözü ilə açaraq il ərzində görülən işlər barədə məlumat verib.

Sonra koronovirusa qarşı görülən tədbirlər barədə nazirliyin sektor müdiri       Viktor Qasımov məlumat verib. O, bildirib ki, bu sahədə zəruri olan bütün vasitələr ölkəmizə gətirilib və bütün hazırlıq işlərini görülüb.

İctimai Şura üzvlərini maraqlandıran sualları Səhiyyə nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov tərəfindən cavablandırılıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 2020 10:02 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə