Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bacarıqların proqnozu və işçi qüvvəsinin planlaşdırılması

Bacarıqların proqnozu və işçi qüvvəsinin planlaşdırılması

Avropa İttifaqının “Texniki Əməkdaşlıq Aləti” çərçivəsində maliyyələşən “Bacarıqların proqnozu və işçi qüvvəsinin planlaşdırılması sahəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının gücləndirilməsi” texniki yardım layihəsi üzrə nazirlikdə görüş keçirilib.

Layihə üzrə müqavilənin imzalandığı İBF Beynəlxalq Konsaltinq Şirkətinin nümayəndələri ilə keçirilən görüşdə ölkəmizdə əmək, məşğuluq, sosial müdafiə və sosial təminat sahələrində aparılan islahatlar barədə məlumat verilib. Qeyd edilən layihənin önəmindən bəhs olunub, layihə üzrə nəzərdə tutulan iş istiqamətləri diqqətə çatdırılıb.

Bacarıqların proqnozu və işçi qüvvəsinin planlaşdırılması sahəsində fəaliyyətin təkmilləşdirilməsinə və bu sahədə aparılan islahatlara dəstəyin göstərilməsi istiqamətində əməkdaşlıq müstəvisində görüləcək işlər müzakirə olunub.  

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 2020 10:01 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə