Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rektora “Tələbələrin dostu” fəxri adı verildi

“Rektor kimi çoxlu iclaslar, görüşlər keçirirəm, təqdimat və tədbirlərdə iştirak edirəm. Amma ən çox xoşladığım tədbirlər – tələbələrlə olan görüşlərimdir”. Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli Gənclər Günü ilə bağlı tələbələrlə bugünkü görüşünü bu sözlərlə başlayıb.

Rektor tələbələrlə görüşündə hazırda Azərbaycanda gedən hərtərəfli inkişaf prosesi və bu prosesdə gənclərin rolundan danışıb. Qeyd edib ki, ATU-nun tələbələri də müxtəlif təşkilatlar çərçivəsində konstruktiv fəallıq nümayiş etdirirlər: “Bir neçə il əvvəl düşünə bilməzdik ki, tələbə-dekanlar olacaq, onlar Elmi Şuranın iclaslarında çıxış edib müzakirə olunan məsələlərə öz fikirlərini bildirəcək. Qarşıdan gələn parlament seçkilərində namizədlər arasında 6 ay əvvəl universitetimizə daxil olan gənclər də var”.

ATGTİ-nin sədri Faiq Məmmədov da hazırda Azərbaycanda Gənclər Təşkilatı hərəkatının güclü vüsət aldığını bildirib. Buna misal kimi ATU-da Tələbə Gənclər Təşkilatının fəaliyyətini göstərib. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimli də görüş iştirakçılarına uğurlar arzulayıb. Hər bir gəncin xalqa, dövlətə və millətə məhz yüksək səviyyəli təhsil alması, ictimai həyatda aktiv olması ilə xidmət edə biləcəyini xatırladıb.

ATU Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev bu ilin ölkədə Könüllülər ili kimi elan olunduğunu bildirərək ölkəmizdə bu sahədə gənclərin aktivliyi üçün hər cür şərait yaradıldığını, bu gün ictimai aktivliyi ilə seçilən tələbələrin gələcəkdə də ATU-nun adını daim yüksək tutacağna inandığını deyib.

Sonra ATU-da təhsil alan tələbələrin tədris keyfiyyətinin yaxşılaşdırılması və düzgün tələbə həyatının formalaşdırılması istiqamətində fəaliyyət göstərən tələbə təşkilatlarına göstərdiyi dəstəyə görə rektor Gəray Gəraybəyliyə “Tələbələrin dostu” fəxri adı təqdim olunub.

Tədbirdə, həmçinin 50-yə yaxın tələbəyə aktivliyə görə sertifikat təqdim edilib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 2020 10:17 - TƏHSİL
TƏHSİL
11 Mart 2020 | 11:39
Teledərslərə start verilir

Köhnə versiyamızdan xəbərləri izlə