Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət kimsəsiz vətəndaşa arxa durudu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, nazirliyə Bakı şəhəri, Azadliq prospekti, 24/184 ünvanındakı qarajların birində kimsəsiz və baxımsız şəraitdə yaşayan vətəndaş barədə məlumat daxil olmuşdu.

Məlumatda deyilir: “Nazirlik tərəfindən alınan məlumata dərhal reaksiya verildi, vətəndaşın qaldığı ünvana gedildi. Müəyyən edildi ki, uşaq evində böyüyən Həsənov Saleh Əbdül oğlunun hazırda 63 yaşı var, ailə həyatı qurmayıb, hazırda əmək fəaliyyəti məhduddur. Eyni zamanda, 20 ildən çoxdur ki, müxtəlif ünvanlarda baxımsız vəziyyətdə yaşayır. Onunla söhbət aparıldı və razılığı ilə nazirliyin yaşayış yeri olmayanlar üçün sığınacağına yerləşdirildi. S.Həsənov sığınacaqda lazımı şəraitlə təmin olundu. Ağsaqqal vətəndaşımız ona göstərilən qayğıya görə təşəkkürünü bildirdi”.

Bu münasibət Azərbaycan dövlətinin vətəndaşına münasibətidir. Dövlət başçımız öz çıxışlarında dəfələrlə vurğulayıb ki, hər bir vətəndaşın qayğısına qalmaq, onun problemlərini həll etmək dövlətin qarşısında duran ən əsas vəzifələrdən biridir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 2020 10:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə