Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 411   Bakı şəhəri, 22 sentyabr 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il  17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının 8.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 950; 2017, № 7, maddə 1480) ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.1-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – SMPDK)” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – AİBNDA)” sözləri ilə, 6.1-ci, 6.6-cı, 6.15-ci bəndlərində və 6.15.2-ci yarımbəndində “SMPDK-nın” akronimi “AİBNDA-nın” akronimi ilə əvəz edilsin.

 Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının 
Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin